Redaktor seçimi
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı siyasi klub kimi -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində Şeyx Nəsrullah ruhu:
Yusif Yusibovu Ramiz Mehdiyevlə nə bağlayır(?)! –
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqında dolanan kabus –
    QHT-lərə Dövlət Dəstəyi Agentliyindən növbəti saxtakarlıq – 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi korrupsiya bataqlığında:
SOSIAL Anar Məmmədovun ofis adamının LÜKS HƏYATI -"Mərc oyunları"nda "bəxti gətirən" Teymurov /
“Sahibsiz Heyvanlara Qayğı Mərkəzi” dövlət büdcəsinin qayğısına belə qalır -
Günün xəbəri

Mədət Quliyevin vəzifəsini kim icra edir? - Açıqlama

 

 

General-leytenant Mədət Quliyevin MTN-ə nazir müavini təyinatından sonra Penitensiar Xidmətin rəisi vəzifəsinin səlahiyyətlərini onun müavini Hüseyn Əlixanov yerinə yetirir. 

"Xeberinfo.com":   Məlumata görə, bu barədə Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.

Qeyd edilib ki, ədliyyə nazirinin əmri ilə Mədət Quliyevin səlahiyyətlərini hazırda onun müavini Hüseyn Əlixanov yerinə yetirir. 

Xatırladaq ki, prezident İlham Əliyevin sərəncamı ilə Mədət Quliyev Penitensiar Xidmətin rəisi vəzifəsindən çıxarılaraq, milli təhlükəsizlik nazirinin müavini vəzifəsinə təyin edilib. Bu təyinatdan Penitensiar Xidmətin rəisi vəzifəsi boş qalıb.



Qeyd edək ki, Hüseyn Əlixanov 2004-cü ildən Ədliyyə Nazirliyinin Məhkəmə İcraçıları Baş İdarəsinin rəisi (Baş məhkəmə məmuru) təyin edilib. Həmin vəzifədə qulluq etdiyi müddət ərzində nazirliyin kollegiya üzvü olub. 2007-ci ildən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin rəis müavinidir.

Prokurorluq və ədliyyə orqanlarında işlədiyi müddət ərzində dəfələrlə mükafatlandırılıb, o cümlədən müxtəlif dövlət mükafatlarına layiq görülüb. Penitensiar Xidmətin səlahiyyətlisi “Azərbaycan Respublikasının Konstitusiyasının və dövlət quruluşunun möhkəmləndirilməsi və qorunmasında xüsusi xidmətlərinə görə", "Azərbaycan Bayrağı" ordeni ilə, “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə, eləcə də prokurorluq orqanlarında nümunəvi və layiqli xidmətinə görə “Prokurorluğun fəxri işçisi” döş nişanı ilə təltif edilib. Ədliyyə general-mayorudur. Beynəlxalq Prokurorlar Assosiasiyasının üzvüdür.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam