Redaktor seçimi
Qoşqar Təhməzli dövlətin pulun belə xərcləyir -
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Günün xəbəri

“RUSİYA YAXIN GÜNLƏRDƏ SƏHVƏ YOL VERDİYİNİ ANLAYACAQ” –“Ya Moskva buna əməl edəcək, ya da...”

 

Toğrul İsmayıl: “Rusiya Suriyada Türkiyəyə qarşı müharibəyə başlasa, bu, onun üçün intihar olar”

Yenixeber.org: Suriyada Əsəd rejiminin beynəlxalq sazişlə Türkiyənin nəzarətinə verilən İdlibə hücumu və bu ərazidə müşahidə postu quran Türkiyə silahlı qüvvələrinin 13 əsgərini şəhid etməsi Rusiya-Türkiyə münasibətlərini xeyli gərginləşdirib.

Son zamanlara qədər yaxın tərəfdaş olduqlarını bəyan edən iki dövlət arasında az qala hərbi qarşıdurma yaranmaqdadır. Ruslar açıq formada Əsədin İdlibə hücumuna haqq qazandırır və ona hərbi aviasiya dəstəyi verir. Qərb isə Türkiyəni dəstəklədiyini bəyan edir.

Bu mövzuda Türkiyə-Rusiya münasibətləri üzrə mütəxəssis, professor Toğrul İsmayılla söhbətləşmişik.

- Hazırda Ankara ilə Moskva arasında İdlibə görə kəskin qarşıdurma müşahidə olunur. Siz, bir mütəxəssis kimi,bölgədəki bu durumu necə şərh edərdiniz?

- İdliblə bağlı Astana prosesində Türkiyə, Rusiya və İran iştirak edib. Həmin prosesdə gərginliyin azaldılması üçün təhlükəsizlik bölgələrinin yaradılması razılaşdırılıb. Bu çərçivədə Türkiyə İdlib bölgəsinə nəzarət etməyə başlayıb. Lakin Suriya hökumət qüvvələri bu razılaşmanı Rusiyanın dəstəyi ilə mütəmadi olaraq pozmağa çalışıb. Xatıladım ki, məhz bununla bağlı 2018-ci ilin sentyabrında və 2019-cu ilin oktyabrında həmin məsələlərə təkrar baxılıb.

Əlbəttə, belə görüntü var ki, Suriyada hər şey həll edilib, terrorla mübarizə başa çatıb və sanki təkcə İdlib qalıb. İdlib Əsəd rejimi üçün çox önəmlidir. Normalda, əgər doğrudan da terror problemi bitibsə İran, Rusiya və Türkiyə arasında Suriyanın ərazi bütövlüyünün təmin edilməsi əsasında konstitusiya qəbulu məsələsi önə çıxmalıdır. Amma bunun üçün müxalifət qüvvələrinin olması önəmlidir. İdlibdə də müxalifət var. Təbii ki, burada kiçik terror qrupları da mövcuddur və onların tərkisilah edilməsi üçün Türkiyə və Rusiyanın ortaq fəaliyyəti vardı. Amma indi Əsəd rejimi müxalifəti də terrorçu elan edərək, İdlibi əldə etməyə və mülki insanları da terrorçuların və müxalifətçilərin gözünə qataraq bombalamağa çalışır.

İkincisi, bu bölgədə Tartus hərbi limanı var ki, bu da çox önəmlidir. Sözsüz ki, Türkiyənin bu bölgədə fəal olması, müxalifəti öz qanadı altına alması rusları narahat edir. Çünki Türkiyənin müxalifətə sahib çıxması həm də Rusiyanın hərbi bazasına təhlükədir. Belə olduqda ruslar düşünür ki, burada rejim nəzarəti ələ keçirsə, Rusiya özünü sığortalamış olur. Ən sonuncu məsələ isə odur ki, Rusiyanın Suriyada mövcudluğu Bəşər Əsədin varlığı ilə bağlıdır. Əgər son mərhələdə Suriyada demokratik seçki baş tutarsa və Əsəd hakimiyyətdən gedərsə, Rusiyanın Suriyadan çıxması məsələsi gündəmə gələr. Və belədə Rusiya daha ağır vəziyyətə düşə bilər. Odur ki, indi Əsəd qədər ruslar da İdlibin sıradan çıxarılmasında maraqlıdır.

Liviya məsələsini də unutmamalıyıq. Burada da tərəflər razılaşsa belə, Rusiya general Haftarı, Türkiyə isə BMT tərəfindən qəbul edilən legitim hakimiyyəti - Sərracı dəstəkləyir. Yəni burada da strateji baxımdan Ankara və Moskva fərqli mövqe tutur və Rusiya Türkiyəni sıxışdırmağa çalışır.

- Əsəd rejimi fevralda Rusiyanın dəstəyilə İdlibə 20-dən çox hücum təşkil edib, hətta “qırmızı xətti” keçərək, 13 türk əsgərini şəhid edib. Əvəzində, Türkiyə İdlib istiqamətinə 15 min əsgər, mindən çox zirehli texnika cəmləyib və Əsədə zərbələr endirir. Sizcə, bu vəziyyət Türkiyə-Rusiya savaşına gətirib çıxara bilərmi?

- Mən tərəflərin açıq hərbi qarşıdurmaya gedəcəyinə inanmıram. Türkiyə beynəlxalq razılaşmaya görə İdlibdədir. Ən azından 3-4 ölkə arasında müqavilə imzalanıb, Rusiya və İran tərəfi Əsəd rejiminin təminatçısı kimi sazişə imza atıb. Əsəd rejimi də bunu qəbul etməlidir. Yəni Türkiyə bu anlaşmanı pozan tərəf deyil və olmayacaq da. Burada kim tərəfindən razılaşmanın pozulduğu açıq və net şəkildə ortadadır. Türkiyə İdlib istiqamətinə dediyiniz kimi yetərincə hərbi güc yerləşdirib. Çünki orada onun müşahidə postları var. Bu nöqtələrdə Türkiyə istər Əsəd rejimi, istərsə də terror qruplarına qarşılıq verəcək. Bu da Türkiyənin beynəlxalq anlaşmalar və özünü müdafiə haqqından doğan hüququdur.

Mən düşünmürəm ki, Bəşər Əsəd rejimi Türkiyə ilə müharibəyə girmək haqqında qərar versin və Rusiya da bu məsələdə Əsəd tərəfindən çıxış etsin. Mənim zənnimcə, indi daha çox tərəflər bir-birinin əsəblərini yoxlamağa çalışır. Rusiya da Türkiyənin “qırmızı cizgisinin” haraya qədər olduğunu müəyyən etməyə çalışır. Baxın, hər türk əsgəri şəhid olan kimi Türkiyə Bəşər Əsədə 10 qat artıqlaması ilə cavab verir və ruslar sakit dayanır.

Nəhayətdə nədən Rusiya bu qədər türklərin üzərinə gedir? Türkiyənin hazırda ABŞ-la münasibətləri gərgindir. Dolayısı ilə Rusiya düşünür ki, Türkiyəyə nə qədər təzyiq etsə, meydanda tək qalan Ankara Moskvaya möhtac qalacaq. Ancaq hesab edirəm ki, ruslar bu məsələdə səhv düşünürlər və Rusiya yaxın günlərdə səhvə yol verdiyini anlayacaq. Türkiyə bir NATO ölkəsidir. Son hadisələrlə bağlı NATO Türkiyəni müdafiə etdiyini və Ankaranın Əsədə qarşılıq verməsinin qanuni olduğunu bəyan edib.

 

 

- Sizcə, belədə Suriyada Rusiya-Türkiyə müharibəsi ehtimalı nə dərəcədədir?

- Əsədlə Türkiyə arasında lokal toqquşmalar ola bilər. Amma Rusiya ilə Türkiyə arasında müharibə olması mümkün deyil. Əgər Rusiya müharibəyə başlasa, bu, onun üçün intihar olar.

- Niyə?

- Birincisi, Türkiyə bölgədə hərbi baxımdan daha güclüdür, quru qoşunları da savaşa daxil olacaq. İkincisi, ruslar belə müharibəyə getməz. Çünki Türkiyə NATO ölkəsidir. Düzdür, NATO deyir ki, Suriyada müharibədə iştirak etməyəcək. Ancaq məsələ ciddiləşsə, NATO Türkiyəni müdafiə etmək məcburiyyətində qalacaq.

- Türkiyə ilə Suriya rejimi arasındakı hərbi qarşıdurmada ruslar demək olar ki, susdu, amma ABŞ açıq formada Ankaranı dəstəklədi. Sizcə, bunun səbəbi nədir?

- Bu, onu göstərir ki, belə situasiyalarda ruslar özlərini necə aparacaqlarını bilmirlər. Nə Türkiyənin üzərinə gələ bilirlər, nə də Əsədə açıq dəstək verə bilirlər. ABŞ da yaranan fürsətdən yararlanmağa, Rusiya ilə Türkiyə arasında olan anlaşılmazlıqları kəskinləşdirərək Türkiyəni öz yanına çəkməyə çalışır. Əslində, burada təkcə hərbi qarşıdurma yox, ciddi diplomatik savaş da gedir.

- Sizcə, Türkiyə-Rusiya münasibətləri Suriyada ciddi şəkildə zədələnibmi və bu əlaqələrin perspektivi necə ola bilər?

- Türkiyə-Rusiya münasibətləri haqqında bu ölkələri tanımayan mütəxəssislər səhv fikirlər işlədə bilərlər. Və ya iqtidarlara xoş gəlmək naminə rus-türk münasibətlərini strateji əlaqələr adlandıra bilərlər. Mən deyim ki, Rusiya ilə Türkiyə arasındakı əməkdaşlıq Suriyada və digər nöqtələrdə sadəcə, taktiki iş birliyidir. Çünki hər iki ölkənin ABŞ-la münasibətlərində ziddiyyətlər var və bu, iki ölkəni lokal məsələlərdə müttəfiq durumuna gətirir. Amma bu, strateji ittifaq deyil. Taktiki ittifaqlar isə dövlətlərin maraqları baxımından pozula və ya uzana bilər. Odur ki, biz Türkiyə ilə Rusiya arasında strateji bir müttəfiqliyin olduğunu iddia edə bilmərik. Bunu söyləyənlər də ya vaxtından əvvəl həyacana qapılırlar, ya da iqtidarların xoşuna gəlməyə çalışırlar. Məsələ budur. İki ölkə arasında münasibətlər bir növ lokal və taktiki əməkdaşlıqdır. Fikrimcə, Türkiyə ilə Rusiya arasında əməkdaşlıq davam edəcək, amma bu, stratei əməkdaşlıq və müttəfiqlik deyil.

- Türkiyə tələb edir k, Bəşər Əsəd Soçi anlaşmasına qədərki sərhədlərinə çəkilsin. Ərdoğan bunun üçün Əsədə konkret vaxt da verib. Amma Rusiyanın Ankaradakı səfiri bəyan edir ki, Əsəd ordusu haqlıdır və onu geri döndərmək heç kəsə müyəssər olmayacaq...

- Hələlik Rusiya tərəfi bu məsələdə maksimum dərəcədə inadkarlıq göstərməyə çalışır. Amma razılaşma razılaşmadır. Ya Rusiya buna əməl edəcək, ya da qeyri-ciddi dövlət kimi tarixə düşəcək. Başqa yolu yoxdur.

- Rusların dəstəyi sayəsində Əsəd rejimi bu razılaşmaya əməl etməsə və əvvəlki mövqelərə qayıtmasa nə olacaq?

- Məncə, Türkyə öz mövqeyində qalacaq və toqquşmalar daha da artacaq. Amma inanmıram ki, bu halda ruslar Əsəd tərəfindən toqquşmalara qatılsın.

- Niyə?

- Əvvəla, rusların buna haqqı yoxdur. Ruslar prosesin içindədir, amma türklərlə savaşa girməzlər. Bu məsələdə Türkiyənin gücünə baxacaqlar. Əsəd geri çəkilməsə, Türkiyə onu vuracaq.

- Qarşıdan Putin-Ərdoğan görüşü gəlir. Bu görüşdən nə gözləmək olar?

- Tərəflər bir-birilə anlaşmalı və problemi həll etməlidir. Başqa variant yoxdur. Artıq Suriyada digər qüvvələr güclənər. Odur ki, Rusiya tərəfi kompromis yollara baş vurmalıdır. Bu yollardan ən birincisi isə, Əsədin əvvəlki mövqelərinə çəkilməsi ola bilər.(azpolitika)

Vaqif Nəsibov


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam