Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Ərdoğan Putinlə təcili görüşə gedir - Kritik müzakirə

putin_erdogan

Kreml İdlibin Suriya ordusunun nəzarəti altına keçməsini Türkiyə ilə strateji münasibətlərdən daha üstün tutur. 

Yenixeber.org:  Bu sözləri politoloq Elxan Şahinoğlu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın 27 avqust tarixində Moskvaya baş tutacaq təcili səfərini şərh edərkən yazıb.

O bildirib ki, Ərdoğan üçün bu görüş tarixi gecdir: “Avqustun 27-də müzakirə olunacaq yeganə mövzu İdlibdir. Əsədə bağlı ordu hissələri İdlibə yaxınlaşıblar. Ankaranın İdliblə bağlı əsas narahatlıqları bunlardır:

Birincisi, İdlibə hücum başlayacağı halda yüzminlərlə qaçqın axını Türkiyə sərhədinə dirənəcək, bu, Türkiyənin növbəti humanitar böhranla üz-üzə qalması deməkdir.

İkincisi, Türkiyənin İdlib ətrafında hərbi postları var. İdlibə hücum genişlənərsə, həmin hərbi postlara təhlükə yaranacaq, bu halda Suriya ordusu ilə Türkiyə ordusu arasında toqquşma ehtimalı artacaq. Bu isə iki dövlət arasında müharibənin rəsmən başlanmasını sürətləndirəcək. Bunu da nə Ankara, nə Moskva, nə də Dəməşq istəyər. Ancaq Dəməşq ölkə ərazisini terrorçulardan və silahlı müxalifətdən azad etməkdə də israrlıdır.

Üçüncüsü, İdlibdə Türkiyənin dəstəklədiyi silahlı qruplar var ki, Ankara həmin qrupların məğlub olmasını istəmir. Ancaq həmin qruplar həm Suriya ordusundan, həm də terrorçulardan zəifdirlər”.

Politoloq bildirib ki, Əsəd Moskvanın razılığı ilə İdlib ətrafına hücumu genişləndirir: “Əslində həm Əsədin, həm də Moskvanın məntiqi sadədir: “İdlib terrorçuların son yuvasıdır və bu şəhəri terrorçulardan təmizləmək lazımdır”. Ankara bu məntiqin qarşısında durub deyə bilməz ki, yox terrorçulara qarşı savaşı dayandırın. Ancaq Ankara yuxarıda sadaladığımız 3 səbəbə görə İdlibin Suriya ordusunun nəzarətinə keçməsini istəmir. Üstəlik, Suriya ordusu İdlibə nəzarəti tam ələ keçirsə, Dəməşq Türkiyə ordusunun Suriyanın digər məntəqələrini də tərk etməsini tələb edəcək. Əlbəttə, bu halda Ankaranın da dəmir məntiqi var: “Terrorçu PKK və ona bağlı olan YPD Suriyada var olduğu müddətdə Suriyadan çıxmayacağıq”.

E.Şahinoğlunun sözlərinə görə, Kreml ikili siyasət yürüdür:”Rusiya bir tərəfdən Əsədin Suriya içərisində əlinin güclənməsini istəyir və onun ordusunun hücumlarına dəstək verir. Kreml sahibi Vladimir Putin digər tərəfdən türkiyəli həmkarı Ərdoğanla münasibətləri pozmaq istəmir. İki dövlət arasındakı münasibətlər və ortaq layihələr son illərdə elə böyük miqyas alıb ki, iki lider bir-birləri münasibətləri poza bilməzlər.

Buna baxmayaraq, Kreml İdlibin Suriya ordusunun nəzarəti altına keçməsini Türkiyə ilə strateji münasibətlərdən daha üstün tutur. Türkiyə S-400 raketlərini artıq alıb və “Türk axını” layihəsi bitmək üzrədir, bunlar geri dönüşü olmayan layihələrdir. Ona görə də Putin Ərdoğanın Rusiyadan üz döndərməyəcəyinə əmindir. Putin İdlib məsələsində arqumentinin güclü olduğuna əmindir. Çünki Ərdoğan ötən ilin sentyabr ayında Putinə söz vermişdi ki, İdlibdə silahlı müxalifəti terrorçulardan ayıracaq və şəhər silahlı müxalifətin nəzarətinə keçəcək. Ərdoğan bunun reallaşması üçün təxminən bir ay vaxt istəmişdi. Bir ilə yaxın keçən müddətdə bu vədi reallaşdırmaq obyektiv səbəblərdən mümkün olmadı. Çünki İdlibdə terrorçular daha güclüdürlər və onlar silahlı müxalifəti şəhərdən sıxışdırıb çıxardıblar. Bunun qarşılığında Ərdoğanın Putinlə İdlib mövzusunda söhbətdə mövqeyi zəifləyib. Ancaq Ərdoğan Putinə onu da deyə bilər ki, vaxtilə Rusiya və Suriya orduları bilərəkdən bütün şəhərlərdən qovduqları terrorçuların ailələri ilə birgə İdlibə toplanmasına şərait yaratdılar.

Ərdoğan Putini inandırmağa çalışacaq ki, Suriya ordusu hücumu dayandırsın və bölgədə Türkiyənin haqlı maraqları nəzərə alınsın. Putin atəşkəs vədi verəcək, ancaq vədin yerinə yetirilməsi uzun çəkməyəcək. Putin bu məsələdə sınanmış tarixi məntiqdən çıxış edir. Hərbi meydanda güclü olan diplomatik danışıqlarda da əlini gücləndirir”. (azpolitika)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam