Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi korrupsiya bataqlığında:
SOSIAL Anar Məmmədovun ofis adamının LÜKS HƏYATI -"Mərc oyunları"nda "bəxti gətirən" Teymurov /
“Sahibsiz Heyvanlara Qayğı Mərkəzi” dövlət büdcəsinin qayğısına belə qalır -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi təftiş edilir –
“Bu hakimiyyəti bir qaşıq suda boğaram” deyənlərə dövlət təltifləri verilir -
““Qarabağ Oil” zavodunun direktoru Gülpəri Bayramova əməkhaqqımızı vermir” -
Ceyhun Bayramovun və oğlunun yeni biznes layihəsi -
 QHT sektoru mafiya qanunları ilə idarə edilir: Qrantlar kimlərinsə həyat yoldaşları, qızları, gəlinləri, məşuqələrinə ayrılır -
Günün xəbəri

Putin repressiyaya başladı

 

Rusiyanın Cinayət Məcəlləsinə dövlət sirləri barədə ayrıca maddə daxil edilib
Rusiyada 2012-ci ildə dövlət xəyanəti barədə qanuna edilmiş düzəlişlərdən sonra “vətən xainlərinin” sayı xeyli artıb. 

"Xeberinfo.com":  Məlumata görə, bu barədə yerli mətbuat xəbər verir.
Rusiya KİV-ləri iddia edir ki, qanuna edilmiş düzəlişlər praktik olaraq istənilən rusiyalını məsuliyyətə cəlb etmək imkanı verir.
Belə ki, “vətənə xəyanət”ə təkcə casusluq yox, həm də xarici təşkilatlara maliyyə dəstəyinin göstərilməsi daxildir.
Bu qanundan başqa Rusiyanın Cinayət Məcəlləsinə dövlət sirləri barədə ayrıca maddə daxil edilib. Bu maddə hər hansı bir şəxsi casusluq niyyəti olmadan belə gizli məlumatları toplamaq üstündə məsuliyyətə cəlb etmək imkanı yaradır.
İnterfax agentliyi xəbər verir ki, məhz bu maddəyə görə nüvə fiziki Qolubev 4 ildən 7 ilədək azadlıqdan məhrum edilə bilər. Rusiyanın nüvə alimlərindən olan Vladimir Qolubev dövlət sirrini açmaqda ittiham edilir.
Qolubevi partladıcı maddələr barədə təhqiqatın nəticələri haqqında məlumatı 2013-cü ildə Çexiyada etdiyi çıxışına daxil etməkdə və elmi jurnalda dərc etməkdə günahlandırırlar.
Alimin vəkili bildirib ki, onun mənzilində axtarış aparılıb. O, israr edir ki, Qolubevin Çexiyadakı çıxışında sözü gedən tədqiqatların nəticələri artıq xeyli əvvəl elmi jurnallarda dərc olunub.
Qeyd edək ki, Vladimir Qolubev Çexiyadan qayıtdıqdan dərhal sonra həbs olunub.

ANS


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam