Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Elnur Nağızadə 20 il müddətinə azadlıqdan məhrum edilə bilər

 

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) keçmiş mətbuat katibi Elnur Nağızadə 20 il müddətinə azadlıqdan məhrum edilə bilər.

 

Xeberinfo.com:   Bu barədə aznews.az-a vəkil Müzəffər Baxış məlumat verib. Onun sözlərinə görə, Elnur Nağızadə Cinayət Məcəlləsinin 3 maddəsi ilə ittiham olunur: "Daxil olmuş şikayət əsasında Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində fakta görə Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb. Orada 7 ildən 12 ilə kimi azadlıqdan məhrumedilmə cəzası nəzərdə tutulub. Cinayət Məcəlləsinin 308.1-ci maddəsində isə 1000 manatdan 2000 manata kimi cərimə, yaxud da 2 ilədək müəyyən vəzifə, müəyyən fəaliyyətlə məşğulolma hüququndan məhrumetmə, 2 iliədək islah işləri və 3 ilədək azadlıqdan məhrumetmə cəzası göstərilir. Digər bir maddə, 320.1-ci maddədə isə 1000 manatdan 3000 manata kimi cərimə, 2 ilədək islah işləri və ya 2 ilədək azadlıqdan məhrum edilmə göstərilib.

Əgər gələcəkdə bu əməllər təsdiq olunarsa, onda E.Nağızadə Cinayət Məcəlləsinin 66.3 maddəsi ilə cinayətlərin məcmusuna az ağır, ağır, xüsusi ilə ağır cinayətlərdən hər hansı biri daxildirsə təyin olunan cəzaların tamamilə və qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda azadlıqdan məhrumedilmə cəzasının müddəti 20 ildən çox ola bilməz. Əgər bu cinayətlərə görə onun barəsində ittiham hömkü çıxarılsa, təsdiq olunsa onda qismən və tamamilə toplama yolu ilə onun barəsində 20 ildən çox olmayaraq azadlıqdan məhrum edilmə qərarı verilə bilər".

Qeyd edək ki, Elnur Nağızadə ilə bağlı daxil olmuş şikayət əsasında Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində fakta görə Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq), 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 320.1-ci (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) maddələri ilə cinayət işi başlanıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam