Seçki xəbərləri:Ölkə üzrə səsvermə necə gedir...
Bu gün Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar səsvermə başlayıb.
Yenixeber.org: Ağdamda seçkilər 118 və 119 saylı dairələrdə keçirilir. Məcburi köçkün ağdamlılar isə Bakı şəhərində, Abşeron və Bərdə rayonlarında təşkil edilmiş məntəqələrdə səs verirlər. Dairə üzrə 8 nəfər deputatlığa namizəd qeydə alınıb.
48 saylı Yevlax seçki dairəsinin 31 seçki məntəqəsi üzrə 35 min seçici qeydə alınıb. Seçkilər 38 seçki məntəqəsində keçirilir. Dairə üzrə 36 min 950 seçici qeydə alınıb.
81 sayı Beyləqan seçki dairəsinin əhatə etdiyi seçki məntəqələrində sesvermənin gedişini 541 müşahidəçi izləyir. Dairə üzrə 10 namizəd mübarizə aparır.
82 saylı Ağcabədi seçki dairəsinin 46 seçki məntəqəsində keçirilir. Dairə üzrə 9 nəfər namizəd qeydə alınıb. Dairə üzrə seçicilərin ümumi sayı 47 min 504 nəfərdir.
83 saylı Ağcabədi - Füzuli seçki dairəsinin əhatə etdiyi 42 məntəqədə 38 min 459 seçici səs verməlidir.
84 saylı Füzuli seçki dairəsi üzrə 71 seçki məntəqəsi fəaliyyət göstərir. Seçki məntəqələrinin 46-sı rayonun işğaldan azad edilmiş ərazisində, 25-i isə respublikanın digər şəhər və rayonlarında yerləşir. Seçicilərin ümumi sayı 46 min 374 nəfərdir.
93 saylı Bərdə şəhər seçki dairəsində 50 seçki məntəqəsi üzrə 44 min 244 seçici qeydə alınıb. Seçki prosesini izləmək üçün 792 müşahidəçi qeydiyyatdan keçib.
Seçki 95 saylı Tərtər seçki dairəsinin 38 məntəqəsində keçirilir. Dairə üzrə seçicilərin ümumi sayı 38 min 284 nəfərdir. Seçkidə 12 namizəd mübarizə aparır.
Salyanda 59 saylı Salyan və 60 saylı Salyan-Neftçala seçki dairələri fəaliyyət göstərir. Seçki prosesini birbaşa izləmək üçün 8 seçki məntəqəsində veb-kamera quraşdırılıb.
Quba, Qusar, Xaçmaz, Şabran və Siyəzən rayonlarında seçicilər 6 seçki dairəsinin tərkibindəki 366 məntəqədə səs verirlər. Bölgədə 6 deputat yerinə 76 namizəd mübarizə aparır.(virtualaz)