Redaktor seçimi
Əziz Quliyev azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Fərid Qyıbov Gəncə stadionunda “öz havasını oynayır” –
Günün xəbəri

Saat 15:00 - Seçici fəallığının ən yüksək olduğu dairə

Saat 15:00 - Seçici fəallığının ən yüksək olduğu dairə
Bələdiyyə seçkilərində indiyədək seçici fəallığının ən yüksək və ən aşağı olduğu seçki dairələri açıqlanıb.

Yenixeber.org: Saat 15:00-a olan məlumata görə, ölkə üzrə seçici fəallığının ən yüksək olduğu dairə 52 saylı Quba Seçki Dairəsidir. Bu seçki dairəsində 46 min 952 seçicidən 15 min 920 nəfəri (33.91 %) səsvermədə iştirak edib.
Seçici fəallığının ən aşağı olduğu dairə 37 saylı Nizami Birinci (Gəncə) Seçki Dairəsidir. Bu dairədə 33 min 354 seçicidən 6 min 731 nəfəri (20.18 %) səs verib.

Bundan əlavə, saat 15:00-a olan məlumata əsasən, Azərbaycanda 4 milyon 972 min 356 seçicidən 1 336 733 nəfəri (26.88 %) səsvermə hüququndan istifadə edib.

Qeyd edək ki, bu gün Azərbaycanda bələdiyyə seçkiləri keçirilir. Səsvermə səhər saat 08:00-da başlayıb, axşam saat 19:00-da başa çatacaq. Seçkilər zamanı respublika üzrə 1606 bələdiyyəyə 15 min 156 üzv seçiləcək.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam