Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

“Azərbaycanda beynəlxalq qurumlara inanmsızlıq yaranıb”

 

Azərbaycan Respublikası Baş nazirinin müavini, Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini-icra katibi Əli Əhmədov işğal altındakı Kəlbəcər rayonu ərazisində ermənilər tərəfindən girov götürülmüş Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə müraciət edilməsi məsələsinə münasibət bildirib.

 

"Xeberinfo.com":  Məlumata görə, Əli Əhmədov deyib ki, indiyə qədər beynəlxalq qurumların Azərbaycanın ərazi bütövlüyünün pozulması ilə əlaqədar qaldırmaq istədikləri təşəbbüslər hər hansı nəticə verməyib. İyirmi ildən çoxdur ki, Azərbaycan ərazisinin bir hissəsi işğal altındadır. Ancaq BMT Təhlükəsizlik Şurasının məlum dörd qətnaməsi və beynəlxalq qurumların müvafiq qərarlarının olmasına baxmayaraq, Ermənistan silahlı qüvvələri işğal etdiyi Azərbaycan torpaqlarından geri çəkilmir. Buna görə də beynəlxalq qurumların qəbul edəcəyi qərarların ədalətli olması və yaxud ədalətli qərar qəbul edilərsə belə həmin qərarların yerinə yetiriləcəyi ilə bağlı azərbaycanlılarda böyük inamsızlıq yaranıb.

 

Baş nazirin müavini əlavə edib ki, buna baxmayaraq Azərbaycan tərəfi bütün məsələlərin ədalətli həlli üçün əlindən gələni edəcək. Bu prosesin özü Ermənistanın nə qədər təcavüzkar mövqedə dayandığını bir daha bütün dünyaya nümayiş etdirir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam