Redaktor seçimi
Sahib Məmmədov Araz Paşayevi niyə və necə “xərclədi” ?! -
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Günün xəbəri

ABŞ yeni təyyarədən bu məqsədlə istifadə edəcək-Video, Foto

ABŞ dünyada ən böyük təyyarə hesab edilən və sınaqları bu yaxınlarda tamamlanan “Scaled Composites Stratolaunch Model 351” təyyarəsindən kosmosa hipersəs sürətli raket qaldırmaq üçün istifadə edə bilər.

Yenixeber.org: Amerika mənbələri xəbər verir ki, “Stratolaunch” layihəsinin yeni rəhbəri prezident Donald Trampa və hərbi-sənaye kompleksinə bağlı Stiv Freynberqdir. Freynberq milyarderdir, “Cerberus Capital Management” şirkətinin sahibidir və ABŞ prezidenti yanında xarici kəşfiyyat üzrə məşvərət şurasının rəhbəridir.

 

Scaled Composites Stratolaunch Model 351” hazırda dünyada ən böyük, ən enli təyyarə hesab edilir. Bu, sanki bir-birinə “calaq edilmiş” iki təyyarədən ibarətdir və Yerin stratosfer təbəqəsində uçuşlar üçün nəzərdə tutulub. Layihənin əsasını qoyan Pol Allen ötən il vəfat edib. Layihənin indiki sahibi Stiv Freynberqin şirkəti isə bundan əvvəl bir sıra müdafiə sənayesi şirkətlərini, o cümlədən “Remington” və “Bushmaster “kimi şirkətləri alıb.

İndi onun şirkəti “Stratolaunch” layihəsini kosmosa silah çıxarmaq üçün platforma kimi nəzərdən keçirir. Konkret olaraq mütəxəssislər təyyarədən hipersəs sürətli raketlərin sınaqdan keçirilməsi və gələcəkdə tətbiqi üçün istifadə etməyi nəzərdə tuturlar. ABŞ hipersəs sürətli raketlərdə Rusiyadan xeyli geridə qalıb və hazırda belə raketlərə malik deyil. Lakin Pentaqonun sifarişi ilə müdafiə sənayesi şirkətləri hipersəs sürətli raketlər üzərində işi sürətləndirib və belə raketlərin Amerika ordusunun silahlanmasına 2023-cü ildə daxil olacağı açıqlanıb.

Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp bu günlərdə ölkənin yeni növ silahlı qüvvələrinin-Kosmik Qüvvələrin də yaradılmasını nəzərdə tutan müdafiə büdcəsini imzalayıb. Pentaqon kosmosun potensial hərbi əməliyyatlar teatrı kimi istifadə ediləcəyini açıqlayıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam