Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

"Alınan təyyarənin qiyməti 1 illik elm büdcəsindən 3 dəfə çoxdur"-EKSPERT

 

 
İqtisadçı: "Yeni təyyarə Azərbaycan Prezidenti və Birinci vitse-prezidentin xidməti istifadəsi üçün nəzərdə tutulub"
Yenixeber.org: Azərbaycan Hava Yolları (AZAL) 346 milyon 900 min ABŞ dollara yeni təyyarə alıb. Həmin VİP təyyarənin hökumət nəqliyyatı kimi istifadə olunacağı bildirilir. Həmin lüks B777-200 (LR) təyyarəsindən "Boing” şirkəti indiyə qədər cəmi 59 ədəd istehsal edib. Təyyarənin yaxın zamanlarda Azərbaycana gətiriləcəyi bildirilir.
"Boing” şirkətinin ən çox əməkdaşlıq etdiyi hava yolları "Delta Air Lines” (DL, Atlanta Hartsfield Jackson) və "Emirates” (EK, Dubai Int'l) hava yollarıdır. Digər əməkdaşlıq etdiyi şirkətlər içində "Qatar Airways”, "Air Canada”, "Ethiopian Airlines”, "Air India”, "Turkmenistan Airlines”, "PIA - Pakistan International Airlines”, "Aviation Link”, "Comlux Aruba”, "Iraqi Airways” da var.
Demokratiya və Rifah Hərəkatının sədri, iqtisadçı Qubad İbadoğlu deyir ki, hökumət nəqliyyatı üçün dizayn edilən təyyarənin alınması üçün AZAL 589 milyon 730 min manat ödəyib. Bu vəsait gələn il ölkə üzrə ödəniləcək bütün növ müavinət və sosial yardımlara ayrılan vəsaitə bərabərdir:
"Hətta 1 illik elm büdcəsindən 3 dəfədən, 1 illik ətraf mühitin mühafizəsi xərclərindən 2 dəfədən də çoxdur”.
İqtisadçı deyir ki, təyyarənin satın alınmasına xərclənən vəsaitlə kənd yerlərində yaşayan 0-17 yaşlı qız uşaqlarının hər birinə 1 il ərzində hər ay 95 manat 90 qəpik müavinət vermək olardı:
"Prezident İlham Əliyev tez-tez çıxışlarında vurğulayır ki, dövlət vəsaitindən səmərəli, ünvanlı şəkildə istifadə olunmalıdır. Görünür, uşaqpulu və digər ehtiyaclar fonunda VİP B777-200 (LR) təyyarəsi almaq daha ünvanlı və səmərəlidir”.
Qubad İbadoğlu deyir ki, alınan yeni təyyarə Azərbaycan Prezidenti və Birinci vitse-prezidentin xidməti istifadəsi üçün nəzərdə tutulub. 2020-ci ilin dövlət büdcəsində neftin bir bareli 55 dollardan götürülüb. Gələn il Neft Fondundan Dövlət büdcəsinə 11,7 milyard manat birbaşa transfert gözlənir.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam