Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

"Faciə budur ki, erməni azərbaycanlıya vəkillik edir"

 

Dağlıq Qarabağda qondarma məhkəmənin qərarı ilə 22 il müddətinə azadlıqdan məhrum edilən Azərbaycan vətəndaşı Şahbaz Quliyev Xankəndi 1-ci instansiya məhkəməsinin "hökmü"ndən apelyasiya şikayəti verib. 

 

"Xeberinfo.com":  Məlumata görə, ömürlük azadlıqdan məhrum edilən Dilqəm Əsgərov da apelyasiya şikayəti vermək niyyətindədir. 

 

Məsələ ilə bağlı millət vəkili Zahid Oruc Aktual.az-a bildirib ki, girovların məhkəmə qərarından apelyasiya şikayəti vermələri öz iradələrindən kənar baş tutub. Erməni tərəfinin dəstəyi nəticəsində baş tutan bu məsələ Dağlıq Qarabağda separatçı rejimin tanınması üçün növbəti addımdır: “Separatçı rejimin məqsədi Azərbaycanla özlərini tərəf kimi qələmə verərək, bu mübarizəni təşkil etməkdir. Hazırda girovlar ərtafında baş verən dava, səngərdə gedən savaşın tərkib hissəsidir. Söhbət Qarabağda separatizmin baş qaldırmasından və ermənilərin bu məsələdə aqressiyasından gedir. Azərbaycan bu illərdə Dağlıq Qarabağa bir subyekt kimi yanaşmadan, onlarla hər hansı danışıqlara getməyib. Əks təqdirdə bu məsələ Qarabağdakı rejimin beynəlxalq aləmə müstəqil bir dövlət kimi təqdimatına şərait yarada bilərdi. Biz girovlarımızın vəziyyətini göz altına almalıyıq. Onlar ağır, mənəvi, psixoloji və fiziki iztirabların altında olublar. Çox böyük məhrumiyyətlərdən keçiblər. Girovlarımız müəyyən informasiyaya malik olsalar da, Azərbaycanda hansı düşüncələrin olduğunu, necə savaş aparıldığını bilmirlər. İnanıram ki, girovlarımıza qeyd olunan hüquqi-iddianı qaldırmaq tövsiyəsini də məhz ermənilər verib. Necə ki, onları erməni vəkili ilə təmin ediblər. Faciə budur ki, erməni azərbaycanlıya vəkillik edir. Bu prosesi quranlar isə yuxarıda dayanan erməni cinayətkarlarıdır ki, özləri məsuliyyətə cəlb olunmalı şəxslərdir”.

 

Millət vəkilinin sözlərinə görə, erməni tərəfi bu hadisə ilə dünya ictimaiyyətinə Qarabağda ədalətli mühakimənin mövcudluğunu göstərməyə çalışır: “Əslində, orada qurulan saxta məhkəmə və növbəti iddialar heç bir hüquqi nəticə doğurmur. Qarabağ siyasi rəhbərliyinin, xüsusən də Ermənistanın Prezident Administrasiyasında hazırlanmış bu ssenarinin iflasa uğrayacağı gününə çox qalmayıb. Hər kəs bilir ki, Azərbaycanın rəhbəri bu məsələdə mühüm planlar hazırlayır. Əminik ki, vətəndaşlarımız girovluqdan qurtularaq, Bakıya qayıdacaqlar. O insanlarımızı qınamamalıyıq. Onlar öz iradələri ilə hərəkət etsəydilər, fərqli mövqe nümayiş etdirərdilər. Girovlarımız böyük işgəncələrə tab gətiriblər. Azərbaycanlı olduqlarını qoruyaraq, ölkə və Qarabağ əleyhinə kəskin mövqe tutmayıblar. Ümid edirəm ki, Azərbaycan o insanlara sahib duracaq və geri qaytaracaq”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam