Redaktor seçimi
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Deputatlığa namizəd olmuş “Emil Daymond” kimi tanınan Emil Məmmədov əslində kimdir? -
Günün xəbəri

İnqilab kimi islahatlar... –Parlamentin sarsılmış nüfuzu bərpa olunur

 

Azərbaycanda inqilab kimi islahatlar... – Parlamentin sarsılmış nüfuzu bərpa olunur

Milli Məclisin buraxılması və növbədənkənar seçkilərin keçirilməsi islahatlar konsepsiyasının tərkib hissəsidir. Bu yanaşma parlamentin buraxılması təşəbbüsü ilə çıxış edən hakim Yeni Azərbaycan Partiyasına (YAP) məxsusdur.  

Hakimiyyət nümayəndələri isə öz növbəsində növbədənkənar seçkilər nəticəsində formalaşacaq parlamentin indiki tərkibdən əhəmiyyətli dərəcədə fərqlənəcəyini gizlətmir və bu addımın həqiqətən də islahatların tərkib hissəsi olması qənaətinin daha da möhkəmləndirilməsinə xidmət edən açıqlamalar verirlər.

Bəzi siyasi şərhçilər hesab edir ki, parlamentin buraxılmasında məqsəd həqiqətən də qanunverici orqanı hakimiyyətin bir qolu kimi gücləndirmək, ona yeni nəfəs verməkdir. Bu qənaətdə olanların fikrincə, neft gəlirləri azalandan sonra hakimiyyət idarəetmədə ciddi dəyişikliklərə ehtiyac olduğunun fərqinə varıb. 2016-cı ildə keçirilən referendumla vitse-prezidentlik institutunun yaradılması idarəetmədə islahatların ilk qaranquşu hesab edilə bilər. 

Vitse-prezidentlik institutu Nazirlər Kabinetinin siyasi yükünü azaldaraq bu qurumu çevik iqtisadi maşına çevirmək imkanları yaratdı. Hələ referendum ərəfəsində ekspertlər Nazirlər Kabinetinin ləğv ediləcəyi barədə mülahizələr irəli sürməyə başladılar. Əlbəttə bu mülahizələr eyforik düşüncənin məhsulu idi. 

Praqmatiklər isə hesab edirdi ki, Nazirlər Kabineti sadəcə iqtisadi mərkəz funksiyasını daşıyacaq. Referendumdan sonra Nazirlər Kabinetinə daxil olan mərkəzi icra hakimiyyəti orqanları arasında ilk olaraq iqtisadi sahəyə cavabdeh olan dövlət qurumlarında kadr və struktur dəyişikliyinə start verilməsi praqmatiklərin proqnozunu daha inandırıcı edirdi.

8 oktyabr 2019-cu il tarixdə Baş nazir Novruz Məmmədovun Prezidentin iqtisadi məsələlər üzrə köməkçisi Əli Əsədovla əvəzlənməsindən sonra isə proses daha sürətli xarakter almağa başladı. Yeni Baş nazirin əsasən iqtisadi sahələrə yönəlik addımları, paralel olaraq struktur dəyişikliklərinə start verilməsi və bu prosedə İqtisadiyyat Nazirliyinin Vergilər Nazirliyi, Əmlak Məsələləri üzrə Dövlət Komitəsi kimi iri qurumları “udması” daha çevik hökumətin formalaşdırılması ideyasının yalnız nəzəri xarakter daşımadığını ortaya qoydu. 

Eyni zamanda uzun müddət vəzifədə olan, potensialı tükənən və marginallaşan məmurların istefaya göndərilməsi göstərdi ki, proses təkcə Nazirlər Kabinetinin update edilməsi yox, köklü islahatlar dalğasıdır. 

Təbii ki, nüfuzu sarsılmış Milli Məclis bu dalğadan kənarda saxlana bilməzdi. Əgər ölkədə köklü islahatlar aparılırsa, qanunverici orqanın da yenilənməsi istər-istəməz zərurətə çevrilir. Bu addım həm də ölkədə siyasi canlanmaya səbəb olmaqla hüquqi dövlət quruculuğuna ciddi təkan verə bilər.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam