Redaktor seçimi
Abdin Fərzəliyev Abşeronu belə NURLANdırır– 
"MedEra" Hospitalın həkimi Musa Kılıçın diplomu saxtadır?! -
İcra başçısı Adil Vəliyevin “vunderkind” oğlu: 
Vilayət Vəliyev Dövlət Universitetinə miras kimi baxır(?)! -
Eldar Əzizov Ramin Abdullayevin “qara kassasını” yenidən “diriltdi” -
Sumqayıtlı müəllimlərin əmək haqları kəsilir?! – 
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
TƏCİLİ! "Landmark Baku"da çalışan diplomatları iranlı qızlarla görüşdürüb çəkdirən iş adamının adı məlum oldu —
Günün xəbəri

Ermənilərə sual verərkən BU ŞƏRTLƏRƏ ƏMƏL EDİN -Yoxsa, ATAdan betər günə düşərsiniz

 

Yenixeber.org: Özünü “jurnalist” kimi təqdim edən Ata Abdullayevin İtaliyanın Milan şəhərindəki kilsədə Ermənistanın Baş naziri Nikol Paşinyanla olan dialoqu rəsmi dairələrdə və cəmiyyət arasında hiddətlə qarşılanıb. Onun bu hərəkəti xalqın böyük əksəriyyətin tənqidinə səbəb olub. Ata Abdullayev kimi birinin hazırlıqsız şəkildə düşmən ölkənin rəhbərinin qarşısına çıxaraq, “yalvarması” ölkənin Qarabağ siyasətinə kölgə salmaqdan başqa bir şey deyildi. Bununla belə, onun Paşinyanla “mübahisə”sini “uğur” kimi təqdim edənlər də tapıldı.

Maraqlıdır, Paşinyan və ya digər ermeni rəsmiləri ilə görüşlərdə reaksiya necə olmalıdır, onlarla necə davranmaq daha uyğun olardı?

QAFSAM-ın sədr müavini, siyasi elmlər üzrə fəlsəfə doktoru Nazim Cəfərsoy məsələ ilə bağlı saytrımıza danışıb.

N. Cəfərsoy hesab edir ki, ölkəmizdə yaxşı işin mükəmməl olması üçün təşviqlər etdiyimiz vaxtda biri çıxıb, yaxşı işi də pis günə qoyur:

“Ona görə də biz əlimizdəki yaxşını qorumağa daha çox çalışırıq, nəinki onu mükəmməlləşdirməyə... Halbuki, problemlərimiz o qədər böyükdür ki, həlli üçün mükəmməli etmək mütləqdir. Paşinyana qarşı Parisdəki vəziyyətin Milandakına çevrilməsi buna əyani sübutdur. Əvvəla, bu cür tədbirlərdə iştirak edib mövqe bildirmək və ya sual vermək faydalı metoddur. Ancaq 6 məqama diqqət etmək lazımdır. Birincisi, mövcud formata uyğun reaksiya göstərmək lazımdır. Üstəlik bu cür tədbirlərdə qarşı tərəf daha aktiv iştirakçı mövqeyində olduğu üçün, tək iştirak məqbul deyil. Çünkü siz mövqeyinizi bildirirsiniz və ya sualınızı soruşursunuz, adam yalan deyir və ittihamedici cavablar verir. Bu mənada elə tədbirlərdə mümkün mərtəbə bir neçə azərbaycanlının və ya sizinlə bənzər yanaşmanı paylaşan xarici dostlarınızın olması faydalıdır ki, qarşı tərəf sizi ittiham edəndə başqa biri də onun yalan danışdığını və ittihamlarını təsirsiz edən ciddi mövqe bildirsin. Hətta bu durumda ilk sualı xarici dostunuzun verməsi daha uyğundur. İkincisi, tədbirlərdə mövzuya uyğun sual vermək və ya münasibət bildirmək lazımdır. Məsələn, Paşinyan Milanda kilisədən danışırsa, ona Qarabağdakı ibadət yerlərinin acınacaqlı vəziyyətini həm də beynəlxalq mediadan şəkil göstərərək soruşmaq olardı. Beləcə adamın inandırcılığını sarsıdarsınız. Üçüncüsü, mövqe bilidirirkən çıxış etdiyiniz ölkə ilə yanaşı iştirakçıların səviyyə, ixtisas, maraq dairəsi və mental yanaşmasını nəzərə almaq lazımdır. Tezislərinizi səsləndirərkən ermənilərin öz mənbələri və xarici nüfuzlu mənbələrə və yanaşmalara istinad etmək vacibdir. Dördüncüsü, mövqe bildirərkən əlaqədar tədbir və ya beynəlxalq ictimaiyyətin anlaya biləcəyi və alışdığı üslubda reaksiya göstəmək lazımdır”.

N. Cəfərsoy vurğulayıb ki, ən önəmlisi mövqe bildirərkən və ya reaksiya göstərərkən haqlı olduğunuzu  və məzlumluluğunuzu ifadə etməli, ancaq haqsızlığı əsla qəbul etməyəcəyinizi də göstərməlisiniz:

“Nəhayət sonuncusu, mövqe bildirdiyiniz adamın, xüsusilə movzu ilə bağlı görüşlərini və tercümeyi-halını əvvəlcədən qısaca oxumaq faydalı olardı”.(redaktor.az)

Firuzə Vahid


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam