Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi korrupsiya bataqlığında:
SOSIAL Anar Məmmədovun ofis adamının LÜKS HƏYATI -"Mərc oyunları"nda "bəxti gətirən" Teymurov /
“Sahibsiz Heyvanlara Qayğı Mərkəzi” dövlət büdcəsinin qayğısına belə qalır -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi təftiş edilir –
“Bu hakimiyyəti bir qaşıq suda boğaram” deyənlərə dövlət təltifləri verilir -
““Qarabağ Oil” zavodunun direktoru Gülpəri Bayramova əməkhaqqımızı vermir” -
Ceyhun Bayramovun və oğlunun yeni biznes layihəsi -
 QHT sektoru mafiya qanunları ilə idarə edilir: Qrantlar kimlərinsə həyat yoldaşları, qızları, gəlinləri, məşuqələrinə ayrılır -
Günün xəbəri

Azərbaycanlı bloger Milanda Paşinyanı torpaqları qaytarmağa çağırdı

 

İtaliyanın Milan şəhərində səfərdə olan Ermənistanın baş naziri növbəti dəfə azərbaycanlı fəalın suallarına tuş gəlib. Məlumata görə, Paşinyan Milandakı kilsədə yerli erməni icması ilə görüş keçirərkən özünüzü Azərbaycandan olan blogger kimi təqdim edən kişi ona suallar ünvanlayıb.

Yenixeber.org: Erməni mətbuatı baş verənləri insident kimi təqdim edib. Bildirilir ki, görüşün keçirildiyi zala daxil olmuş azərbaycanlı bloger irəli çıxıb və erməni baş naziri “müharibəyə son qoymağa və torpaqları qaytarmağa” çağırıb. “O həmçinin Ermənistanı Azərbaycan xalqına qarşı soyqırımda ittiham edib”, erməni mediası daha sonra yazıb. Məlumatda deyilir ki, ermənilər azərbaycanlını qapıdan bayıra çıxartmaq istəyiblər, ancaq baş nazir ona sakit danışmaq imkanı yaratmağı xahiş edib. N.Paşinyan iddia edib ki, hansısa erməni azərbaycanlıların tədbi keçirdiyi zala daxil olub Azərbaycan rəhbərliyinə sual verə bilməzdi.

Daha sonra N.Paşinyan hətta Serj Sərkisyanın Xocalıdakı qətliamlar barədə etiraflarını da unudaraq iddia edib ki, azərbaycanlıların soyqırımı barədə deyilənlər böhtandır. O ardınca deyib ki, bu barədə keçmiş prezident Ayaz Mütəllibov Rusiya mediasına Xocalını Azərbaycan müxalifətinin çevriliş məqsədilə törətdiyi barədə müsahibə verdiyini iddia edib. Paşinyan onu da deyib ki, Azərbaycan prezidentinə sülh fotmulunu təqdim edib. Bir daha təkrar edib ki, Qarabağ probleminin istənilən həll yolu Ermənistan, Dağlıq Qarabağ və Azərbaycan üçün məqbul olmalıdır. N.Paşinyan Dağlıq Qarabağın “müstəqilliyi” ilə bağlı ənənəvi iddialarını da təkrarlayıb.

Beləliklə, azərbaycanlı fəal Bəxtiyar Hacıyevdən sonra daha bir bloger qara kabus kimi Paşinyanın qarşısına çıxıb.

Düzdür, erməni baş nazir tarixi həqiqətləri təhrif edib və özünü tolerant olaraq təqdim etməyə çalışıb. Ancaq istənilən halda, adını bilmədiyimiz bloggerin ermənilərin toplaşdığı zala daxil olub Paşinyana suallar yağdırması təqdirolunandır.(müsavat)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam