Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

4 fərqli istiqamət Nikolu pis vəziyyətdə qoyur

 

Qlobal, regional və xüsusilə də daxili tarazlıqları və tərəflərin mövqelərini diqqətə alsaq, görərik ki, 2019-cu ildə də Qarabağ məsələsinin həllini təmin edən sülh müqaviləsi imzalanması ehtimalı zəifdir.

Yenixeber.org: Bu sözləri QAFSAM-ın sədr müavini, siyasi elmlər üzrə fəlsəfə doktoru Nazim Cəfərsoy deyib. O bildirib ki, öz hakimiyyətinin daxildəki siyasi, inzibati, ictimai, iqtisadi və təhlükəsizlik dayaqlarını möhkəmlətmədən və Qarabağdakı separatçıları nəzarətə almadan Ermənistanın Baş naziri Nikol Paşinyan bu addımı atmayacaq:

“Bu bir il ərzində Paşinyan və komandasının fəalliyyətinin 4 əsas istiqaməti olacaq. Birincisi, Ermənistandakı daxili dayaqlarını möhkəmlətmək və verdiyi iqtisadi-siyasi vədləri yerinə yetirməyə çalışmaq, ikincisi, Qarabağ klanını korrupsiya ilə mübarizə və xalqa qarşı silahlı cinayətlər səbəbiylə zəiflətmək və onların Qarabağ uzantılarını öz tərəfinə çəkmək, hətta mümkün olarsa, bəzilərini sıradan çıxartmaq; Üçüncüsü, Azərbaycanla müzakirə qapısını açıq tutmaq, etimad müstəvisi yaratmaq və Qarabağ klanının cəbhədə daha çox gərginlik yaratmaq cəhdlərinə mane olmaq; Dördüncüsü, Rusiyanın qəzəbini üstünə çəkməmək üçün ehtiyatlı addımlar atmaq. Ancaq Paşinyan Rusiya ilə münasibətlərin mərkəzinə ikili münasibətləri deyil, Avrasiya İttifaqı və KTMT kimi ortaq təşkilatları çəkmək niyyətindədir”.

N.Cəfərsoy vurğulayıb ki, bu dörd çətin iş Paşinyan və komandasını tez-tez bir-biri ilə ziddiyyətli addım və ya açıqlamalara sövq edəcək:

“Bu ziddiyyətlərin ən çox özünü göstərdiyi yer isə Qarabağ mövzusundakı açıqlamalar olacaq”.(axar)

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam