Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

“Böyük Sülh Sazişinin imzalanması üçün dialoqun aparılması vacibdir”

 

“Dağlıq Qarabağ münaqişəsi ilə bağlı istəyimiz ondan ibarətdir ki, danışıqlar bərpa olunsun. Çalışacağıq ki, tərəflər arasında etimad tədbirlərini gücləndirək”.

 
"Xeberinfo.com":  Məlumata görə, bu sözləri APA-ya açıqlamasında Fransanın Azərbaycandakı səfiri Paskal Monye deyib.
 
Onun sözlərinə görə, istər şəxslər, istərsə də dövlətlərarası bütün münaqişələrdə bir faktor əsas götürülür: “Barışıq o halda mümkündür ki, tərəflər barışmaq istəsinlər. Azərbaycan və Ermənistanı maraqlandıran digər mövzuları da daxil etməklə onları dialoqa cəlb etmək olar. Çalışırıq ki, dialoqu və qarşılıqlı anlayışı möhkəmləndirək ki, Cənubi Qafqazda sülh bərqərar olunsun”.
 
Fransalı diplomat deyib ki, hazırda həmsədrlər dialoqun bərpası üçün əvvəlcə Azərbaycanın, daha sonra Ermənistan xarici işlər naziri ilə görüşə səy göstərirlər: “ATƏT-in Minsk Qrupunun həmsədrləri danışıqlar prosesi ilə bağlı fəal olmaqda davam edirlər. Düşünürəm ki, Böyük Sülh Sazişinin imzalanması üçün bütün sahələrdə dialoqun aparılması vacibdir. Hazırda itkin düşmüş şəxslərə dair məlumatların mübadiləsinin Beynəlxalq Qırmızı Xaç Komitəsi vasitəsilə reallaşdırılması gözlənilir”.
 
P.Monye qeyd edib ki, münaqişənin həlli ilə bağlı 2014-cü ildə 2 element nəzərə alınmaqla ziddiyyətli məqamlar olub: 

“Minsk Qrupunun həmsədrləri münaqişənin həlli ilə bağlı tərəflər arasında dialoqun davam etdirilməsinə cəhd ediblər. Prezidentlər arasında əvvəlcə Rusiya prezidenti Vladimir Putinin, daha sonra ABŞ dövlət katibi Con Kerrinin təşəbbüsü ilə görüş keçirilib. Fransa prezidenti Fransua Olland mayda Azərbaycan və Ermənistana səfəri zamanı təkliflərini irəli sürüb və oktyabrda onun təşəbbüsü ilə Parisdə 3-cü görüş baş tutub. Ziddiyyət isə ondan ibarətdir ki, diplomatik səylərin fonunda zorakılıq hallarının artması və atəşkəsin pozulması hallarına bu il daha çox rast gəlinib”. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam