Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

Bir şəklin tarixçəsi: İsa Qəmbərlə Məzahir Pənahovun “Seçki DUELİ”

 

 

Yenə seçki ərəfəsəndəyik... Təxminən bir ay sonra – 23 dekabr tarixində Azərbaycanda 5-ci dəfə bələdiyyə seçkiləri keçiriləcək. Fövqəladə bir hadisə olmasa, düz bir il sonra – 2020-nin elə bu ayında- noyabrda parlament seçkiləri gözlənilir... Deməli, qarşıdakı 1 ildə maraqlı siyasi hadisələrə şahid ola bilərik...

 

Yenixeber.org: Seçkilərin episentrində təbii ki, bu prosesi həyata keçirən Mərkəzi Seçki Komissiyası (MSK) dayanacaq.

 

Elə Modern.az saytının "Bir şəklin tarixçəsi” rubrikasında təqdim etdiyi bu fotoşəkil də MSK ilə, daha doğrusu onun sədri Məzahir Pənahovla bağlıdır.

 

Zaman 2005-ci ilin noyabrı... Məkan Bakı – “Hyatt Regency” oteli...

Parlament seçkiləri ərəfəsində ATƏT bu mövzuda konfrans təşkil edib.

 

Konfransın fasiləsində müxalifət lideri - Müsavat Partiyasının başqanı İsa Qəmbərlə Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov üz-üzə gəlib... Sözləri çəp gələn bu iki şəxsin dialoqu sözsüz ki, 6 noyabr 2005-ci il tarixində keçiriləcək Milli Məclisə 3-çağırış seçkilərlə bağlıdır...

 

Onların nə danışdığını dəqiq bilmirik, amma istisna deyil ki, söhbət normal məcradan çıxıb və tərəflər hədələyici tona qalxıblar...

İsa Qəmbərin rəhbərlik etdiyi Müsavat Partiyası o zaman Azərbaycan Xalq Cəbhəsi Partiyası və Azərbaycan Demokrat Partiyası ilə birgə yaratdığı "Azadlıq" seçki blokunda təmsil olunurdu. O seçkilərdə Müsavat parlamentdə 5 yer qazana bildi...(demokrat)

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam