Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Məzahir Pənahov:"Bələdiyyə seçkiləri üzrə 2896 nəfərin namizədliyi qeydə alınıb"

"Bu günə qədər bələdiyyə seçkilərində iştirak üçün müraciət edənlərdən 2896 nəfərin namizədliyi təsdiq olunub".

Yenixeber.org: Bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında komissiya sədri Məzahir Pənahov deyib.

Onun sözlərinə görə, indiyədək bələdiyyə seçkilərində iştirak etmək üçün ümumilikdə 8128 nəfər namizədliyinin irəli sürülməsi ilə bağlı MSK-ya müraciət edib.

"Hazırda MSK digər namizədlərin müraciətlərinə baxır", deyə Məzahir Pənahov bildirib.

Qeyd edək ki, MSK-nın bu gün keçirilən iclasında Yeni Azərbaycan Partiyasının, Vətəndaş Birliyi Partiyası, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası, Milli Dirçəliş Hərəkatı Partiyası, Azərbaycan Demokrat Maarifçilik Partiyası, Azərbaycan Sosial Demokrat Partiyası, Azərbaycan Ümid Partiyası və “Ana Vətən” Partiyasının səlahiyyətli nümayəndələrinin qeydə alınması məsələsi səsverməyə çıxarılaraq qəbul edilib. Bununla bələdiyyə seçkilərində iştirak edəcək siyasi partiyalarım sayı 10-a çatıb.

Xatırladaq ki, Azərbaycanda bələdiyyə seçkiləri dekabrın 23-də keçiriləcək. Respublika üzrə 1606 bələdiyyəyə 15 min 156 üzv seçiləcək. Sonuncu bələdiyyə seçkisi 2014-cü il dekabrın 23-də keçirilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam