Redaktor seçimi
Qoşqar Təhməzli dövlətin pulun belə xərcləyir -
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Günün xəbəri

Tramp Bağdadini tuneldə haqlayan itin fotosunu paylaşdı-Bəs İŞİD liderinin alt paltarını göndərən kim idi...

ABŞ Silahlı Qüvvələrinin qərargah rəislərinin Birləşmiş komitəsinin rəhbəri, general Mark Milli oktyabrın 27-də gecə Suriyanın şimalında, Türkiyə ilə sərhədə yaxın Barişa kəndində İŞİD liderinin məhv edilməsi əməliyyatında iştirak edən xüsusi təlim görmüş itin barəsində məlumatların “məxfi qalacağını” bildirib. Lakin çox keçməyib ki, prezident Donald Tramp həmin itin fotosunu paylaşıb.

Yenixeber.org: Əbu Bəkr əl-Bağdadinin məhv edilməsi əməliyyatı zamanı ABŞ xüsusi təyinatlıları robot texnikasından və xüsusi təlim keçmiş itdən istifadə edib. Bağdadi başqa çıxış yolu olmadığını görüb iqamətgahın altındakı tunellə qaçmaq istəyəndə həmin it onu haqlayıb. Bu zaman İŞİD lideri üzərindəki “kamikadze jileti” ilə özünü və yanında götürdüyü 3 azyaşlı uşağını partladıb. Partlayış nəticəsində tunel cəsəd qalıqlarının üstünə uçub. Amma ABŞ xüsusi təyinatlıları dağıntılar altından Bağdadinin qalıqlarını çıxara biliblər.

General Mark Milli həmin itin xüsusi əməliyyatda “müstəsna vəzifə” yerinə yetirdiyini deyib, amma bildirib ki, itin “şəxsyyəti” məxfi qalmalıdır. Çünki hələ də xüsusi əməliyyat zonasındadır.

General keçirdiyi mətbuat konfransında itin yüngül yaralandığını bildirib, amma deyib ki, hazırda tam bərpa olunub və xidmətə qayıdıb.

“İndi biz itin fotosunu, onun adını və digər informasiyanı dərc etmək niyyətində deyilik, çünki onun həyatını riskə atmaq istəmirik”,-Mark Milli bəyan edib.

Lakin çox keçmədən prezident Donald Tramp Twitter-də yazıb: “Biz Əbu Bəkr əl-Bağdadinin aşkar edilməsində və məhv olunmasında böyük iş görmüş həmin möhtəşəm itin fotosunu yaymağı qərara aldıq”. ABŞ prezidenti tvit-inə itin fotosunu da əlavə edib, amma onun adını açıqlamayıb.

Qeyd edək ki, Tramp bazar günü keçirdiyi mətbuat konfransında əl-Bağdadinin məhv edilməsi əməliyyatına verdikləri dəstəyə görə Suriya kürdlərinə də təşəkkür bildirmişdi. NBC telekanalı kürdlərin bu əməliyyatdakı rolunu aydınlaşdırıb. “Suriya Demokratik Qüvvələri”nin komandiri, YPG lideri Məzlum Abdiyə (“general” Məzlum) istinad edən NBC telekanalı bildirir ki, “Suriya Demokratik Qüvvələri” koalisiyasının kəşfiyyatı İŞİD başçısının ətrafına öz adamını yerləşdirib. Həmin agent amerikalılara terrorçunun dəqiq sığınacaq planını, habelə onun qan nümunəsini ötürüb.

“General” Məzlum deyib ki, həmin agent zamanla əl-Bağdadinin müşavirlərinin sırasına daxil ola bilib. Daha sonra o, ABŞ-ın başçılıq etdiyi koalisiyaya Bağdadinin qaçış planı, iqamətgahının ətraflı planı, yeraltı tunellər və mühafizəçilərin sayı barədə məlumatları ötürüb. Kəşfiyyatçı əl-Bağdadinin öldürülməsi əməliyyatı zamanı həmin iqamətgahda olub və ABŞ hərbçiləri ilə birlikdə gedib.

Həmin agent bir ay və üç ay bundan əvvəl amerikalılara İŞİD liderinin ətrafında olduğuna dair sübutları göndərib. Belə sübutlar arasında əl-Bağdadinin qan nümunəsi və onun alt paltarı da yer alırdı.(virtualaz)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam