Redaktor seçimi
Qoşqar Təhməzli dövlətin pulun belə xərcləyir -
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Günün xəbəri

İŞİD liderinin öldürülməsi – BU, BİN LADENDƏN SONRA DÜNYANIN YAŞADIĞI İKİNCİ TARİXİ ANDIR?

Cek Detş

“Əl-Monitor”, 27.10.2019

 

Yenixeber.org: Oktyabrın 26-da Suriyanın şimal-qərbində hücum zamanı elit ABŞ qoşunları onu küncə sıxışdırdıqdan sonra İŞİD lideri Əbubəkr əl-Bağdadi intihar edib. Ağ Evin bu elanından əvvəl ABŞ-ın yüksək səviyyəli bir rəsmisi silahlı qrup rəhbərinin İdlibdə gizlənməsinə dair məlumat verib.

“Xilafət”i çökdürmək üçün Amerika qüvvələrinin İraqda yerləşdirməsindən 5 il sonra, İraq Kürdüstanındakı Ərbildən başlayan xüsusi əməliyyatın sonunda Bağdadi özünü partladıb.

Xəbəri təsdiqləyən bir səlahiyyətli əməliyyatda Pentaqonun “Delta” Qüvvələrindən istifadəsini deyib.

Vitse-prezident Mayk Pens və Baş Qərargah Rəhbərlərinin şefi general Mark Milli Ağ Evdə Trampla birlikdə izlədikləri canlı bağlantı zamanı Bağdadinin tuneldə üç uşağı ilə “ağlaya-ağlaya” öldüyünü söyləyiblər.

Partlayış nəticəsində Bağdadinin cəsədi məhv edilib, Tramp DNT və biometrik test nəticələrinin müsbət nəticə verdiyini deyib. “Bu o idi. O, it kimi öldü”.

Prezident Bazar günü səhər Ağ Evdə açıqlayıb: “O qorxaq kimi öldü”.

ABŞ qüvvələrinin itkisi olmayıb. Müdafiə naziri Mark Esper ABC-yə verdiyi açıqlamada 100 nəfərlik xüsusi əməliyyat qüvvəsinin “CH-47 Chinook” helikopterləri ilə əməliyyata başladığını deyib.

Əvvəlcə “Newsweek” tərəfindən haqqında məlumat verilən həmlənin sirri Bazar günü səhər saatlarında faş olub. “Suriya Demokratik Qüvvələri”nin (SDQ) komandiri Məzlum Kobane ABŞ-ın kürd dəstələri ilə birgə beş aylıq kəşfiyyat əməkdaşlığının nəticə verdiyini və Bağdadinin öldürüldüyünü “Tvitter”də açıqlayıb.

Oktyabrın 9-da Suriyanın şimalında təcavüzə başlayan Türkiyə əməliyyata dəstək verməyib, ancaq əməliyyat Türkiyə sərhədinə yaxın ərazidə keçirildiyindən ABŞ-ın həmləsi barədə məlumatlı olub. Rusiya və Bəşər Əsəd rejimi Suriyadakı son müxalifət dayaqlarından biri olan vilayətin geri alınması üçün hücumu dayandırıb və İdlibdə atəşkəs əldə edilib.

ABŞ rəsmisinin sözlərinə görə, Suriyanın şimal-qərbində həmlə üçün Rusiya hava məkanını açıb, ancaq Pentaqon əməliyyatın səbəbini Moskvaya izah etməyib. İran rəsmiləri də “Reuters”-ə bildiriblər ki, basqın barədə məlumatlı olublar.

Birləşmiş Ştatlar bu il Bağdadinin gizləndiyi yerin yaxınlığında, İdlibdəki “əl-Qaidə” bazası Hurrasəddini bir neçə dəfə hədəf alıb. Eyni kəşfiyyat səyləri İŞİD liderini ölümü ilə bitən basqının baş verməsinə kömək edib.

ABŞ-ın bu həftə sonu Suriyanın şərqinə yenidən qoşun yeritməyə başlaması ilə əlaqədar olaraq Trampın Amerikan əsgərlərinin çoxunun ölkədən çıxarılması qərarını ləğv etdiyi ortaya çıxıb. Tramp Şənbə gecəsi basqın xəbərini “Çox böyük bir şey oldu!” – cümləsi ilə açıqlayıb, ancaq başqa heç bir məlumat verməyib.

İŞİD liderinin ölümündən bir neçə saat əvvəl ABŞ qoşunları Suriyadakı neftlə zəngin Deyr əz-Zur bölgəsində SDQ-nin mövqelərini möhkəmləndirməyə başlayıblar. Pentaqon bildirib ki, hərbi qüvvələrin yerləşdirilməsinin “təfərrüatları və müddətlərini müzakirə etməyəcək”.

Bazar günü Ağ Evdə danışan Tramp Amerika əsgərlərinin qalıq birliyinin müharibə şəraitində olan ölkənin neft yataqlarını qorumaq üçün qalacağını etiraf edib. “Çıxdıq. Ancaq biz nefti təmin etmək üçün əsgər saxlayırıq”.

Tərcümə: Strateq.az


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam