Redaktor seçimi
Qoşqar Təhməzli dövlətin pulun belə xərcləyir -
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Günün xəbəri

Bin Laden, Bağdadi və təkrarlanan tarix…-"VAXTİLƏ OBAMAYA LAĞ EDƏN TRAMP İNDİ İŞİD LİDERİNİN ÖLÜMÜNÜ ŞƏXSİ XİDMƏTİ SAYIR"

Karla Bleyker,

“Deutsche Welle”, (Almaniya)

 

ABŞ prezidenti Donald Tramp şou yaratmaq üzrə ustadır. Şənbə günü axşam o, “Twitter”dən həyəcanlı mesaj paylaşdı: “İndicə çox vacib bir hadisə oldu!”.

Yenixeber.org: Tezliklə məlum oldu ki, Tramp İŞİD terror təşkilatının rəhbəri Əbubəkr əl-Bağdadinin ölümünü nəzərdə tutur. Bağdadi ABŞ hərbçilərinin Suriyanın şimal-qərbində həyata keçirdiyi xüsusi əməliyyatda ölüb. Şənbə günü Amerika qoşunları bir neçə helikopterlə Bağdadinin yerləşdiyi evin önünə eniblər. Terrorçu tuneldə gizlənib və orada “intihar kəməri” ilə özünü partladıb. Onunla birlikdə üç uşağı da həlak olub.

Oktyabrın 27-də Ağ Evdə jurnalistlər qarşısında çıxış edən Tramp deyib ki, ABŞ dünyanın bir nömrəli terrorçusunu məsuliyyətə cəlb edib. Və əlavə edib ki, 3 il idi ki, Bağdadinin ovunda olub.

ABŞ prezidenti istəyərdi ki, hamı Bağdadinin ölümünü onun şəxsi uğuru kimi qəbul etsin. Çünki Yaxın Şərqdə müvəffəqiyyət Trampa heç vaxt olmadığı qədər xal gətirər.

Amerika qoşunlarını Suriyanın şimalından çıxarmaq qərarı ilə Tramp bütün silahdaşlarını, hətta ən yaxın respublikaçı yoldaşlarını da özünə qarşı çevirdi. Məhz həmin qərardan sonra Türkiyə kürd silahlı birliklərinə qarşı hərbi əməliyyat başlatdı.

Bölgədə İŞİD-ə qarşı amerikalılarla çiyin-çiyinə döyüşən kürdlər özünü aldanmış kimi hiss edirlər. Bundan əlavə, bir çoxları Amerika qoşunlarının geri çəkilməsinin Suriyada terror qruplaşmalarının güclənməsinə səbəb olacağından qorxurlar. ABŞ müdafiə naziri Mark Esper bildirib ki, Türkiyə ordusunun hücumu zamanı Suriyanın şimalındakı həbsxanalardan yüzə yaxın İŞİD-çi qaçıb.

Əl-Bağdadinin ölümü bütün problemlərin sehrli həlli olmayacaq. Bu fonda, ən çox axtarılan terrorçulardan birinin ölümü Trampın işinə olduqca yaradı. Əməliyyat əsnasında Əl-Bağdadidən əlavə üç uşağın da həyatını itirməsi çox kədərlidir. Amma nəticədə bir amerikalı belə, ölməyib! Göründüyü kimi, Vaşinqtonda düşündükləri budur: əməliyyat son dərəcə uğurlu olub.

Lakin ən azı hərbi strateqlər başa düşməlidirlər ki, Əl-Bağdadinin ölümü ABŞ-ın Yaxın Şərqdəki problemlərinin heç birini həll etməyəcək.

Donald Tramp bölgədəki “sonsuz müharibələrdən” ən qısa müddətdə qurtulmaq istəyir. Yaxın müttəfiqlərindən hansını incitdiyi və ya uzun müddətə itirəcəyi isə görünür, onun üçün əhəmiyyət daşımır. Lakin bir ölmüş İŞİD lideri terrorçuların əsirlikdən qaçmasını kompensasiya etmir.

Bundan əlavə, Tramp amerikalıların tək buraxdığı və Türk ordusunun əməliyyatı zamanı dostlarını və ya qohumlarını itirən kürdlərin etibarını geri qazana bilməyəcək.

 

Ümumiyyətlə, bölgədə həll olunmamış problemləri saymasaq, ABŞ hərbçiləri tapşırıqlarını baş komandanlarının istədiyi və təsəvvür etdiyi şəkildə tamamladılar. Bügünkü çıxışında Tramp Rusiya, Türkiyə, Suriya, İraq və Suriyadakı kürd qoşunlarına təşəkkür etdi. Lakin daha çox özünü təriflədi.

“Washington Post” qəzetinin yazdığına görə, əl-Bağdadinin ölüm xəbəri ictimailəşdikdən bir müddət sonra Trampın seçki qərargahı potensial tərəfdarlarına “Prezident Tramp dünyanın bir nömrəli terrorçusunu məsuliyyətə cəlb etdi” yazısı olan elektron məktub göndərib.

2011-ci ildə Barak Obamanın prezidentliyi dövründə ABŞ xüsusi təyinatlıları Üsamə bin Ladeni öldürdükdə Tramp Obamanı bunun üçün tərifləməyin gülməli olduğunu demişdi. Və öz “Twitter”ində belə yazmışdı: “Bin Ladeni öldürdüyü üçün Obamanı təriflədiyiniz bəsdir. O, “dəniz pişikləri” (Hərbi Dəniz Qüvvələrinin xüsusi əməliyyat qüvvələri bəzən belə adlandırılır) tərəfindən öldürüldü”.

Bir sıra televiziya çıxışlarında o, dəfələrlə bildirmişdi ki, Obamanın terrorçuların liderinin ölümünə görə lovğalanması tamamilə yersizdir. Əl-Bağdadinin ölümündən sonra isə Ağ Evdən başqa bir mahnı səsləndi…

Tərcümə: Strateq.az


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam