Amerika xüsusi təyinatlıları İŞİD liderini öldürdü?-Tramp “mühüm bəyanat” verəcək
Yenixeber.org: Amerika xüsusi təyinatlıları ötən gün oktyabrın 26-da Suriyanın şimalındakı İdlib bölgəsində keçirilən əməliyyat nəticəsində “İslam dövləti” adlı qəddar terrorçu qruplaşmanın lideri Əbu Bəkr əl-Bağdadini məhv ediblər. Lakin hərbçilər hələlik bu faktı təsdiq etməyə çalışırlar və ölən terrorçunun məhz Bağdadi olduğuna tam əmin olmaq istəyirlər.
Bu sensasion məlumatı “Newsweek” jurnalı yayıb. Məlumata görə əməliyyatı Pentaqonun xüsusi əməliyyatlar üzrə Birləşmiş Komandanlığı “etibarlı kəşfiyyat məlumatları əsasında” həyata keçirib. ABŞ quru qoşunlarının həmin əməliyyatla tanış olan nümayəndəsi jurnala bildirib ki, əl-Bağadi məhv edilib. Məlumata görə Pentaqon artıq Ağ evə reyd zamanı məhz əl-Bağdadinin məhv edildiyi barədə “yüksək əminlik dərəcəsinə malik” məruzə edib.
Məlumata görə ABŞ xüsusi təyinatlıları İdlibdə əl-Bağdadinin rezidensiyasını aşkar ediblər və orada “təmizləmə” aparıblar. Ərazini mühafizə edən yaraqlılar müqavimət göstəriblər, amma xüsusi təyinatlılar onları atışmada məhv ediblər. İŞİD lideri isə çıxış yolunun olmadığını görərək özünün öldürüb. Əl-Bağdadi ilə birlikdə onun iki arvadı da öldürülb.
Nəşr bildirir ki, prezident Donald Tramp xüsusi əməliyyatın keçirilməsini onun başlanmasından bir həftə əvvəl dəstəkləyib. Əməliyyat başa çatandan sonra isə öz Tvitter-ində əl-Bağdadinin məhv edilməsinə eyhamla mesaj paylaşıb. “Elə indicə çox mühüm hadisə baş verdi”,-Tramp müəmmalı tvitində bildirib.
İstifadəçilər isə Trampın bu tviti ilə bağlı müxtəlif versiyalar səsləndiriblər. “Barak Obama həbs olunub?”,-onlardan biri Trampın tvitinin altında yazıb. “Siz təslim olursunuz?”,-Trampın barəsində impiçment prosedurunun davam etdiyinə eyhamla digər istifadəçi sual edib. “Bəlkə Melaniya onu qolları üstünə almağa qərar verib?”,-başqa bir istifadəçi ironiya ilə bildirib. “Hillari həbs olunub?”,-daha bir Tvitter istifadəçisi soruşub.
Ağ evin mətbuat xidməti sə açıqlayıb ki, prezident Tramp bu gün Vaşinqton vaxtı ilə saat 09.00-da (Bakı vaxtı ilə saat 17.00) “mühüm bəyanat” verməyə hazırlaşır. Ağ evin mətbuat katibi Hoqan Hidli prezidentin bəyanatında nədən söhbət gedəcəyini açıqlamayıb, amma KİV-lər təxmin edir ki, Tramp məhz İŞİD liderinin məhv edilməsi barədə danışacaq.
İŞİD liderinin məhv edilməsi barədə dəfələrlə KİV-lərdə məlumatlar yayılıb. Lakin əl-Bağdadi uzun fasilədən sonra bir neçə ay əvvəl ilk videomüraciət yayıb. Daha sonra, sentyabrın 16-da isə İŞİD liderinin audioyazısı yayılmışdı.