Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Azərbaycan- Namibiya ilə diplomatik əlaqələr qurur

Azərbaycan Namibiya Respublikası ilə diplomatik əlaqələr qurur.

Yenixeber.org: Azərbaycanın Efiopiyadakı səfirliyindən verilən məlumata görə, oktyabrın 17-də Əddis-Əbəbə şəhərində “Azərbaycan Respublikası ilə Namibiya Respublikası arasında diplomatik münasibətlərin yaradılmasına dair Birgə Kommunike” imzalanıb.

Sənədi Azərbaycan tərəfindən səfir Elman Abdullayev, Namibiya tərəfindən isə səfir Emilia Mkusa imzalayıblar.

E.Abdullayev Azərbaycanın Afrika ölkələri ilə ikitərəfli, eləcə də çoxtərəfli əsasda əməkdaşlığın inkişafına xüsusi önəm verdiyini diqqətə çatdıraraq Namibiyanın Afrikanın inkişaf etmiş dövlətlərdən biri olduğunu bildirib.

E.Mkusa da, öz növbəsində, ölkəmizin uğurlu inkişaf yolunu yüksək qiymətləndirərək Azərbaycanı Afrika ölkələrinin etibarlı tərəfdaşı olduğunu xüsusi olaraq vurğulayıb.

Saziş imzalandıqdan sonra Azərbaycan Respublikasının diplomatik münasibətlər qurulmuş Afrika ölkələrinin sayı 51-ə çatıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam