“Brexit” zərbəsinə hazırlıq– London Afrikanı “fəth edir”
28 Avqust 2018 Oxunub : 36
“Brexit” prosesindən sonra London ilk ticarət müqaviləsini Afrika ilə bağlayacaq
“Yenixeber.org: "Associated Press” agentliyinə istinadən xəbər verir ki, Afrika turnesinə çıxan Böyük Britaniya baş naziri Tereza Mey Cənubi Afrika Respublikasının Keyp-Taun şəhərindəki çıxışında belə deyib.
Baş nazir bildirib ki, “Brexit”dən sonra da London Avropa ittifaqının Cənubi Afrikanın 6 ölkəsilə - Botsvana, Lesoto, Namibiya, Cənubi Afrika Respublikası, Svazilend və Mozambiklə qurduğu tərəfdaşlığı davam etdirmək niyyətindədir.
Cənubi Afrika Respublikasının prezidenti Siril Ramafoza ilə görüşündə Mey həmçinin vəd verib ki, inkişaf etmiş ölkələr içərisindən Böyük Britaniyanı Afrikanın ən böyük sərmayədarına çevirəcək. O həmçinin, Afrika iqtisadiyyatına Britaniya hökumətinin 4 milyard funt-sterlinq (5,1 milyard ABŞ dolları) investisiya yatıracağını bəyan edib. Lakin maliyyənin hansı sahələrə ayrılacağına dair məlumat verməyib.
“Mən Afrikaya sadiqəm və gələcək nəsillərə fayda verəcək ideya və əməkdaşlıqların dəstəklənməsi üçün Britaniya hökumətinin əlində olan bütün vasitələrdən istifadə edilməsinin tərəfdarıyam. Mən 2022-ci ilədək “G7” (“Böyük yeddilik”) ölkələri içərisində Afrikadakı 1 nömrəli investorun Britaniya olmasını istəyirəm. Britaniyanın özəl sektorda çalışan şirkətləri Afrikaya milyardlarla sərmayə yatırmaqda lider olaraq Afrika iqtisadiyyatının da trilyonlarla böyüməsinə gətirib çıxaracaq.” – deyə, Mey bəyan edib.
“Associated Press” yazır ki, “Brexit” prosesi nəticəsində 2019-cu ilin martında Avropaİttifaqını tərk edəcək Böyük Britaniya mümkün iqtisadi risklərdən uzaqlaşmaq üçün indidən dünyanın bir sıra dövlətləri və regionları, xüsusən də Afrika ilə əlaqələri möhkəmləndirməyə, yeni ticarət tərəfdaşları tapmağa çalışır. 7 ildən sonra Afrikaya səfər edən ilk britaniyalı yüksək vəzifəli şəxs kimi baş nazir Tereza Meyin turne üçün məhz qitədə ən böyük iqtisadiyyata malik 3 dövləti – Cənubi Afrika Respublikası, Nigeriya və Kenyanı seçməsi, həmçinin bu səfərində özü ilə ticarət nazirini və biznes liderlərindən ibarət 29 nəfərlik nümayəndə heyəti gətirməsi də bununla bağlıdır.
Lakin Britaniya ilə bu dəfəki fərdi ticarət danışıqlarında Afrika ölkələri daha çox imtiyaza sahib olacaqlar. Çünki onlar Londonun çətin vəziyyətdə olduğunu dərk edirlər. Həmçinin, Afrikanın Rusiya, Hindistan və Çin kimi küllü miqyasda investisiya yatırmaq istəyən digər tərəfdaşları və seçimləri də var. Bu baxımdan ekspertlərə görə, əgər Britaniyanın təklifləri digər rəqiblərinkindən daha sərfəli olmasa, Tereza Mey Afrikadan əliboş qayıda bilər.