Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

"Ermənistana mütləq sanksiya tətbiq olunmalıdır"

 

“Azərbaycan ərazilərini işğal etdiyi üçün müvafiq beynəlxalq təşkilatlar və dövlətlər Ermənistana mütləq sanksiya tətbiq etməlidir. İyirmi ildən çoxdur sürən atəşkəs dövründə və danışıqlarda irəliləyiş yoxdursa, deməli, mütləq yeni variantlar tətbiq olunmalıdır və bu da ancaq Ermənistana təzyiq vasitələrindən ibarət ola bilər”.

 

"Xeberinfo.com":  Məlumata görə, bu sözləri APA-ya açıqlamasında Ukrayna Ali Radasının Gömrük və vergi siyasəti komitəsinin sədri, milliyyətcə azərbaycanlı olan deputat Roman Nəsirov deyib. O bildirib ki, işğal olunmuş ərazilər Azərbaycana qaytarılmalıdır və münaqişəyə son qoyulmalıdır: “Proses çox uzun çəkdi. Amma son zamanlar postsovet ölkələrində baş verənlər ümid etməyə əsas yaradır ki, Dağlıq Qarabağ münaqişəsinin də nizamlanması üçün tezliklə zəmin yaranacaq".

 

Ukraynadakı hazırkı vəziyyətə toxunan R. Nəsirov durumun çox mürəkkəb olduğunu vurğulayıb: “Ukraynaya təzyiqlər var, lakin ümid edirik ki, vəziyyət daha da gərginləşməyəcək. Buna baxmayaraq, biz hər şeyə hazır olmalıyıq və hadisələrin gedişatından asılı olaraq müvafiq addımlar atmalıyıq. Mən ümid edirəm ki, ciddi müharibə olmayacaq”.

 

R. Nəsirov onu da əlavə edib ki, əslən azərbaycanlı olması Ali Radada yüksək mövqe tutmasına və gələcək karyerasına qətiyyən mane olmur: “Ukraynada bütün millətlərin nümayəndələri üçün azad şərait var. Ən yüksək posta doğru belə burada mənə heç nə mane ola bilməz. Azərbaycanlıların ictimai-siyasi həyatda rolu aktivdir. Dəfələrlə ən yüksək mövqedən belə bununla bağlı məmnunluq ifadəsinin şahidi olmuşam. Mənim də diasporla əlaqəm çox yüksək səviyyədədir”. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam