Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

“Ali Radada qondarma soyqırımla bağlı müzakirə gözlənilmir”


 

Roman Nəsirov: “Ukrayna parlamentində Azərbaycanı dəstəkləyən kifayət qədər insan var”
Ukrayna Ali Radasına təqdim olunan uydurma “erməni soyqırımı”nın tanınması haqqında qanun layihəsinin müzakirəsi gündəmdə deyil.

"Xeberinfo.com":  Məlumata görə, bunu APA-ya açıqlamasında Ali Radanın Gömrük və vergi komitəsinin sədri, Azərbaycanla parlamentlərarası dostluq qrupunun rəhbəri Roman Nəsirov deyib.
Prezident Pyotr Poroşenkonun blokundan millət vəkili seçilmiş R. Nəsirov bildirib ki, Ukrayna parlamentində Azərbaycanı dəstəkləyən kifayət qədər insan var və bir deputatın təqdim etdiyi bu layihənin müzakirəyə çıxarılması real deyil: “Ukrayna parlamenti 450 deputatdan ibarətdir və onların hər birinin qanun layihəsi təqdim etmək hüququ var. Həmin layihənin müzakirə olunacağı barədə deputatlara heç bir məlumat verilməyib, belə bir müzakirə gözlənilmir”.
Qeyd edək ki, “soyqırım” layihəsinin müəllifi Odessadan seçilmiş müstəqil deputat, bu yaxınlarda Ermənistana səfər etmiş Vitali Barvinenkodur.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam