Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

2 yaşlı Zəhranın qətlinə görə Ermənistana SANKSİYA tətbiq olunmalıdır

2 yaşlı Zəhranın qətlinə görə Ermənistana SANKSİYA tətbiq olunmalıdır

 

Yenixeber.org: Bu il iyulun 4-də Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Füzuli rayonun Alxanlı kəndinin mülki əhalisini atəşə tutması nəticəsində 1967-ci il təvəllüdlü Sahibə Quliyeva və onun 18 aylıq nəvəsi Zəhra Quliyeva qətlə yetirildi. Bu məsələ qısa müddət ərzində dünya ictimaiyyətinə çatdırıldı. Beynəlxalq təşkilatlar Ermənistanın bu əməlini qınadı. Bəs görəsən bu qınaqların hansısa təsiri oldumu?

 

NATO-nun Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvü, deputat Məlahət İbrahimqızı Modern.az-a deyib ki, 2 yaşlı Zəhranın qətli Ermənistanın qəddar imicini bir daha ortaya qoydu:

“Ermənistan illərdir xalqımıza qarşı genosidi davam etdirir. Belə hadisələr Ermənistanın qəddar, işğalçı imicini açıq şəkildə göstərdi. Ermənistanın işğalçılığı ilə bağlı ikili standartlar var, bəzən balanslaşdırılmış formada münasibət göstərilir. Zəhranın qətli kimi hadisələr Ermənistanın ifşa olunmasına aparır. Əminəm ki, işğalçıların beynəlxalq təşkilatlar tərəfindən qınanması Azərbaycanın bu məsələdə nə qədər haqlı olduğunu göstərəcək.

Bir uşağın, mülkü insanın qətlə yetirilməsi ən ağır cinayətdir. Mən bu günlərdə BMT-də gördüm ki, erməni hərçilərin bi vandal əməli necə nifrətlə qarşılanıb, qınanmaq sözü çox yumşaq səslənir, onlar lənətlənir. 2 yaşlı körpənin, qadının öldürülməsi insanlığa qarşı törədilmiş cinayətdir. Zəhra Ermənistan tərəfindən öldürülən ilk körpə deyil, onların bu əməllərini dünyaya çatdırmaqla iç üzlərini ifşa etməliyik”.

 

Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü, deputat Vüsal Hüseynov bildirib ki, 2 yaşlı körpənin məqsədli şəkildə qətlə yetirmək, mülkü əhalini silah atəşinə tutmaq, faciəvi hadisələri törətmək Ermənistanı beynəlxalq təşkilatların gözündən saldı.

“Dünya onların iç üzünü gördü. Bu barədə məlumatlar xarici mətbuatda getdi, müvafiq bəyanatlar oldu, beynəlxalq təşkilatlar sərt reaksiyası ortaya qoydular.  Hesab edirəm ki, bizim nümayəndə heyəti bu məsələdə aktiv iştirak etdi. Bu, Ermənistanın nüfuzunun parçalanmasına təsir etdi. Biz AŞPA-nın növbəti sessiyası zamanı da bu məsələni gündəmə gətirəcəyik. Onların bu məsələyə görə hər hansı bir məsuliyyət daşıması üçün müvafiq addımlar atılacaq”.

 

ATƏT Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvü, deputat Tahir Mirkişilinin sözlərinə görə, ermənilər Azərbaycan uşaqlarının qətlini 1992-ci ildən bəri həyata keçirilər:

“İlk dəfə uşaqların qətli Xocalıda gerçəkləşdirilib. Məhz həmin soyqırımını törədənlər, ona başçılıq edənlər hazırda Ermənistanın rəhbərliyində təmsil olunurlar. Füzulidə 2 yaşlı Zəhranın və onun nənəsinin qətli əmrini verənlər həmin adamlardır. 
Bütün beynəlxalq tədbirlərdə verilən bəyanatlar bu hadisənin sırf insanlığa qarşı törədildiyini əks etdiridi. Qeyd olunurdu ki, XXI əsrdə insanlığa qarşı cinayətlərə yer olmamalıdır. Mənim fikrimcə, Ermənistan rəhbərliyi bu gün reallıqdan o qədər uzaqdır ki, cinayətkara belə bəyanatların, qınaqların böyük bir təsiri yoxdur. Cinayətkarların cəzalandırılması sadəcə bəyanatlarla olmamalıdırl, eyni zamanda real iş olmalıdır. Ermənistan rəhbərliyinə sanksiyalar tətbiq olunmalıdır, cinayətkarlar öz cəzasını almalıdır. Beynəlxalq hüquq normalarında bununla bağlı xüsusi maddələr var. Haaqa Məhkəməsində bir çox beynəlxalq canilərin məsuliyyətə cəlb olunması ilə bağlı təcrübələr var. Hələ ki bunların heç biri olmadığından Ermənistan silahlı qüvvələri Azərbaycan mülki əhalisini atəşə tutur. Baş verən bu hadisələr onu göstərir ki, beynəlxalq təşkilatların verdiyi bəyanatlar Ermənistanın cinayətkar rejimini hələ də bu addımlardan əl çəkməyə sövq edə bilmir”.

 

Azərbaycanın Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisindəki nümayəndə heyətinin rəhbəri Eldar Quliyev qınaqların Ermənistana çox da təsir etmədiyini deyib.

“Ermənistanın uşaqlara və mülkü əhaliyə atəş açması, qətlə yetirməsi ilk dəfə deyil. Bununla bağlı beynəlxalq təşkilatlar Ermənistanı nə qədər qınasalar da, düşmənə heç bir təsiri olmayıb. Ermənistanın işğalçı siyasəti bir çox beynəlxalq təşkilatlar tərəfindən qınansa da, onlara heç bir sanksiya tətbiq olunmayıb. 2 yaşlı Zəhranın qətl edilməsi ilə bağlı Azərbaycan nümayəndə heyəti bir çox beynəlxalq tədbirlərdə çıxış edib. Ermənistanın bu vəhşiliyi nifrətlə qarşılanıb. Amma Ermənistan rəhbərliyi yenə də bu əməllərindən əl çəkmir”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam