Redaktor seçimi
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir –
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
İlqar Abbasov Bələdiyyə sədri postunu satıb?! -
Günün xəbəri

ERMƏNİSTANDA PAŞİNYANA QARŞI İNFORMASİYA TƏXRİBATI: Tonoyanın istefa xəbəri yalan çıxdı

Aram Amatuni

“1in.am”, Ermənistan, 10 oktyabr 2019-cu il

 

Yenixeber.org: Baş nazir Nikol Paşinyan 08 oktyabr 2019-cu il tarixdə bəzi saytlarda Müdafiə naziri David Tonoyanın istefası haqqında yayılan informasiyaları cəfəngiyyat adlandırıb.

Tonoyanın mümkün istefası haqqında əvvəllər də danışılırdı, bu barədə məlumat hələ Milli Təhlükəsizlik Xidməti (MTX) və Ermənistan polisi rəislərinin dəyişdirildiyi dövrdə nəşr olunmuşdu. Həmin dövrdə bu məlumat təkzib olundu, lakin proses faktiki olaraq həmin inadkarlıqla davam edir. 08 oktyabrda isə bəzi saytlar həmin informasiyanı artıq baş tutmuş reallıq kimi yaydılar. Və budur, Baş nazir Nikol Paşinyan həmin söz-söhbətləri cəfəngiyyat adlandırır.

Lakin burada, əlbəttə, ən azı, sual yaranır: söhbət cəfəngiyyatdan, yoxsa belə xəbərlərin yayılması ilə dövlət təhlükəsizliyi baxımından yaranan kifayət qədər ciddi risk və çağırışlardan gedir?

Sonda aydındır ki, belə xəbərlər rəhbəri haqqında söhbət gedən sferalarda kifayət qədər böyük qeyri-müəyyənlik və qıcolmalar yaradır. Bu halda isə söhbət istənilən dövlət üçün son dərəcə xüsusi və mühüm olan, müharibə aparan dövlət üçün isə bundan dəfələrlə çox xüsusi və mühüm olan sferadan gedirBu səbəbdən, baş verənlər siyasi hakimiyyətə qarşı deyil, sadəcə dövlətə qarşı edilən informasiya diversiyasından başqa bir şey deyil. Və onu cəfəngiyyat kimi səciyyələndirmək, demək olar ki, yumşaq qiymətləndirmədir.

Aydındır ki, Ermənistanın daxili həyatı hakimiyyətə qarşı elan olunmuş informasiya müharibəsinin daha intensiv xarakter aldığı mərhələyə daxil olub. Lakin əgər informasiya müharibəsi XXI əsrdə artıq siyasi mübarizənin tərkib hissəsi olubsa, bu, kiminsə xoşuna gəlsə də, gəlməsə də, sonda texnologiya çağının bir xüsusiyyətidir. Buna baxmayaraq, əgər bu müharibə siyasi sərhədləri keçirsə və dövlət təhlükəsizliyi sərhədlərinə çatırsa və ya hətta bəzən onu keçirsə, vəziyyət əhəmiyyətli dərəcədə dəyişir. Bu halda, hadisə informasiya diversiyası və ya təxribatı xarakteri alır. Bu, həm də o mənada təxribatdır ki, mövcud atmosfer nəzərə alınarsa, ictimai reaksiyaya səbəb ola bilər.

O da aydındır ki, bu problem öz həllini tələb edir və siyasi hakimiyyət burada yalnız vəziyyətə uyğun izahat verməməlidir, eyni zamanda mətbuat azadlığını məhdudlaşdırmadan, dövlətə qarşı informasiya diversiyası imkanlarının qarşısını alan  uzunmüddətli institusional həll yolu tapmalıdır.

Tərcümə: Strateq.az

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam