Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Paşinyan “günah keçisi” axtarır - TƏHLİL

Paşinyan “günah keçisi” axtarır


Prezident İlham Əliyevin Soçidə "Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasındakı çıxışı Ermənistanda sözün əsl mənasında şok effekti doğurub.

Yenixeber.org: Hələ ki, rəsmi mövqe olmasa da, erməni mediası, siyasilərin səsləndirdikləri fikirlərdə bir pessimizm hiss olunmaqdadır. Əsas tezis də budur ki, dövlət başçısının beynəlxalq hüquqa əsaslanan sərt, qətiyyətli və məntiqli bəyanatı Ermənistandakı daxili siyasi situasiyanı dəyişib, baş nazir Nikol Paşinyana qarşı müxalif fikri gücləndirib. Maraqlıdır ki, ölkə prezidentinin tədbirdəki çıxışı ilə eyni vaxtda Rusiya xarici işlər naziri Sergey Lavrovun da Dağlıq Qarabağ problemi ilə bağlı sensasion sayıla biləcək bəyanatı Ermənistanda ciddi problemlərə yol açıb. Erməni mediasının yazdığına görə, baş nazir N.Paşinyan Ermənistan xarici işlər naziri Zöhrab Mnatsakanyanı istefaya göndərə bilər. Bu məlumatı "Past” qəzeti yayıb. Məlumata görə, Paşinyanı Qarabağ məsələsiylə bağlı son hadisələr və Moskvanın mövqeyi xüsusilə narahat edib və yenidən Mnatsakanyanın istefası məsələsi gündəmə gətirilib. Lavrovun "Valday” Klubundakı çıxışına diqqət yetirən Paşinyan Ermənistanın ünvanına bu cür ittihamın ilk dəfə səsləndirildiyini deyib: "Mənbələrimiz təsdiq edir ki, bu bəyanatdan sonra qeyzlənmiş Paşinyan Zöhrab Mnatsakanyanı Rusiya ilə doğru iş aparmadığı üçün vəzifəsindən azad etmək niyyətində olduğunu deyib”. XİN rəhbərinin ardınca müdafiə naziri David Tonoyanın da istefaya göndərilməsi xəbəri yayılıb. Bu məlumatı isə "İrakanum.am” saytı yayıb.

Məlumata görə, Tonoyan az öncə N.Paşinyanla görüşüb və ona vəzifədən azad edildiyi deyilib. Sayt həmçinin Paşinyanın bu barədə qərarı Ermənistan prezidenti Armen Sarkisyana göndərdiyini yazıb. Ermənistan Prezident Administrasiyası ilə hələlik onlara belə məlumatın gəlmədiyini bəyan edib. Müdafiə Nazirliyi də məlumatı təkzib edib və Tonoyanın hazırda ölkədəki hərbi təlimləri izlədiyi bildirilib. Tonoyanın da yayılan məlumatları dezinformasiya adlandırıb. Maraqlıdır ki, hadisələrin belə inkişaf ssenarisi baş naziri radikal addımlar atmağa sövq edir. Məsələn, "7or.am” erməni saytı yazır ki, baş nazir onun nəzarəti altında olmayan mediaya qarşı hücuma keçməyə hazırlaşır. "Məhz ona tabe olmayan telekanal, bir neçə radiostansiya, informasiya saytı, qəzetlər Paşinyanın əsas başağrısına çevrilib. Axı hakimiyyətə tabe olmayan kütləvi informasiya vasitələri hər gün, hər saat mövcud vəziyyəti Nikolu qane etməyən şəkildə cəmiyyətə çatdırır. İnformasiya-təbliğat kampaniyasını tam absurd şəkildə təqdim edir. Baş nazir üçün bir mətbu orqan var - o da vaxtilə çalışdığı "Aykakan Jamanak” qəzetidir. Uzun illərdir ki, bu qəzetin şübhəli mənbələrdən maliyyələşdiyi barədə xəbərlər dolaşır. Və yaxud da ki, götürək "Joxovurd” qəzetini. Hazırda bu orqana hakim "Mənim addımım” blokundan olan deputat Taqui Tovmasyan rəhbərlik edir”, - deyə müəllif yazır. Hakimiyyətdəkilər daha çox aqressiyanı sosial şəbəkələrdə büruzə verirlər. Mütəmadi olaraq hər gün öz kumirlərini onları tənqid edən kütləvi informasiya vasitələrinə qarşı hücuma keçməyə çağırırlar. Hətta repressiv addımla atılmasına çağırışlar səslənir”, -deyə müəllif gəldiyi qənaəti bölüşür. Bir vaxtlar Qərb dəyərlərindən, söz azadlığından, demokratiyadan dəm vuranlar indi Paşinyanın ali xəttinə zidd, fərqli məqaləni dezinformasiya adlandırır. "Hakimiyyət daxilində fikir ayrılıqlarının güclənməsi, qalmaqallı istefalardan sonra mətbuata qarşı "inqilabçıların” hücumları yalnız güclənməkdədir. Axı günahkarı tapmaq gərəkdir. N.Paşinyana apardığı siyasətin və fəaliyyətinin səhv olduğunu etiraf etmək gərək deyil. Burada hakim partiyadan olan deputatlar xüsusi fəallıq nümayiş etdirirlər. Rekordu isə qalmaqallı deputat kimi tanınan Ayk Sarkisyan qırıb. Bu şəxs şərəf və ləyaqətinin KİV tərəfindən təhqir edilməsi maddəsi ilə məhkəmədə 8 iddia qaldırıb. Təxribatçı fəaliyyəti və hakimiyyətə yaxınlığı ilə seçilən Daniel İonisyan artıq müvafiq qanun layihəsi hazırlayıb. Bu qanun layihəsi mətbuata qarşı hücumlara yaşıl işıq yandırmış olacaq. Onun layihəsində belə bir bənd var ki, hər bir KİV onu maliyyələşdirənlərin adlarını çəkməlidir. Qanun layihəsi KİV-ə qarşı məhkəmə iddialarının baxılma müddətini də azaldır. Yəni artıq Ayk Sarkisyan məhkəməyə 8 deyil, 80 iddia qaldıra biləcək”, - deyə müəllif gəldiyi qənaəti bölüşür.
Paşinyanın ən ciddi problemlərindən biri də işğal altındakı Azərbaycan torpaqlarında yaradılan qondarma "DQR” rejimi ilədir. Belə ki, Dağlıq Qarabağdakı qondarma rejimin "təhlükəsizlik şurası”nın keçmiş katibi, general Vitali Balasanyan yenidən Ermənistan hakimiyyətinin ünvanına kəskin bəyanatlarla çıxış edib. Balasanyan N.Paşinyanı hakimiyyətə Qərbin "məlum mərkəzlərinin” gətirdiyini deyib. Onun sözlərinə görə, həmin mərkəzlər indi də Paşinyanı idarə edir və onun nə etməli olduğu haqda göstərişlər verir. Balasanyan habelə deyib ki, N.Paşinyan 2016-cı ildə Yerevanda post-patrul polisi alayının binasının "Sasna Çrer” terrorçuları tərəfindən ələ keçirilməsindən sonra baş qaldıran etirazları idarə etməyə cəhd göstərib. O, Paşinyanın bu yaxınlarda terrorçu partiyanın liderləri Qaregin Çuqaszyanla və Jirayr Səfilyanla baş nazirin iqamətgahındakı görüşünü "başqa cür düşünənlərə qarşı təzyiq cəhdi” adlandırıb. "Nikol Paşinyan hamını, o cümlədən məni terrorla hədələməyə çalışır. Demək istəyir ki, budur, baxın, mənim döyüşkən qanadım da var və bir barmağımın işarəsi ilə sizinlə fiziki haqq-hesab çəkərlər. Mən Paşinyana və "Sasna Çrer”ə demək istəyirəm ki, ümumiyyətlə belə söhbətlərə girməsinlər, çünki buna görə cavab verəcəklər. Qorxaqlar Paşinyan və onun tərəfdarlarıdır...2016-cı ildə biz o terrorçuları bağışladıq, öldürmədik, amma indi bəyan edirəm ki, əgər mənə qarşı, xalqımıza, dövlətimizə qarşı nəsə təxribat həyata keçirməyə, terror hərəkətlərinə əl atmağa cəhd eləsələr hamısını fiziki olaraq məhv edəcəyik ”,- Balasanyan LIVEnews.am nəşrinə müsahibəsində deyib. O əlavə edib ki, Paşinyan və "Sasna Çrer” eyni terrorçu qrupun elementləridir və bütün dünya erməniləri onlara qarşı addım atmalıdır. (kaspi.az)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam