Redaktor seçimi
Abdin Fərzəliyev Abşeronu belə NURLANdırır– 
"MedEra" Hospitalın həkimi Musa Kılıçın diplomu saxtadır?! -
İcra başçısı Adil Vəliyevin “vunderkind” oğlu: 
Vilayət Vəliyev Dövlət Universitetinə miras kimi baxır(?)! -
Eldar Əzizov Ramin Abdullayevin “qara kassasını” yenidən “diriltdi” -
Sumqayıtlı müəllimlərin əmək haqları kəsilir?! – 
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
TƏCİLİ! "Landmark Baku"da çalışan diplomatları iranlı qızlarla görüşdürüb çəkdirən iş adamının adı məlum oldu —
Günün xəbəri

“QAZAXISTANDA ANTİÇİN HƏRƏKATIN TƏŞKİLATÇISI PİROQDAN ÖZ PAYINI İSTƏYƏN DAXİLİ ELİTALARDIR” –Müsahibə

 

Yevgeniya Kim

regnum.ru, 11.09. 2019

 

Yenixeber.org:   Son zamanlar Qazaxıstanda Çinə qarşı mitinq keçirmək populyar və dəbdədir. Qazaxıstan politoloqu Maksim Kaznaçeyev Qazaxıstanda Çin müəssisələrinə qarşı bu yaxınlardakı silsilə mitinqlərin səbəbləri haqda REGNUM İA-ya danışıb.

 

-Qazaxıstanda gedən mitinqlər xaricdən törədilən prosesdir, yoxsa daxili münaqişənin təzahürüdür?

-Əlbəttə, xarici izi izləməyə cəhd etmək olar. Axı Çinin Mərkəzi Asiyada iştirakını məhdudlaşdırmaq xarici oyunçuların hamısına əlverişlidir. Bu, bütünlükdə ABŞ və Qərb ölkələrinin iş məntiqinə sığışır. Layihələri dondurmaq Rusiyaya qismən əlverişli ola bilər. Axı iqtisadi sahədə məhdudlaşdırma bölgədə Çinin maraqlarını yeridən siyasi qərarlar almaq sahəsində məhdudiyyətləri ifadə edəcək. Xatırladım ki, Kreml Mərkəzi Asiyanı ənənə üzrə özünün təsir sahəsi sayır. Bundan savayı, bölgədə güclü Çinə də ehtiyacı olmayan Türkiyə və İranı unutmaq lazım deyil. Çin hətta təhlükəli ola bilər. Amma gedən mitinqlərin ancaq “xarici sifarişi” ndən danışmaq düzgün deyil. Bu formatda etirazlar ölkənin daxili-siyasi mətbəxində hazırlanır. Məsələn, 2016-cı il antiçin mitinqlərinin özü. Çıxış edənlər o zaman torpaqları Çinə icarəyə verməyə qarşı idilər. Yadınızdadırsa, məsələ moratoriumla bitdi.

Amma, gəlin, dərinə – elitadaxili astar üzə baxaq. O zaman baş nazir Kərim Məsimov postunu itirdi. O, başqa bir mövqeyə keçdi. Bu məsələyə baxan profilli iqtisadiyyat naziri dövlət qulluğundan müvəqqəti uzaqlaşdırıldı. Yəni antiçin mövzusu dalğasında nüfuz dairələrinin təkrar bölgüsü baş verdi. İndi bu antiçin trendi saxlanır. O, ümumiyyətlə, Qazaxıstanda çox populyardır. Az qala, adamlar bir-birini Pekinin maraqlarına işləmkdə ittiham etməyə başlayırlar.

-Qazaxıstandakı mitinqlərin coğrafiyasının mənası ola bilər?

-Əlbəttə. Qərbi Qazaxıstan bu baxımdan bərəkətli meydandır. Orada Çin yatırımçıları son dərəcə çoxdur. Onlar çoxdan işləyirlər, onlara münasibət birmənalı deyil. Əlbəttə, bunda qismən onların özləri günahkardırlar. Amma nəticədə görürük ki, Çin layihələri haqda belə mitinqlər Qasım-Jomart Tokayevin imicini vurur və ən başlıcası, Nursultan Nazarbayevin imicinə təsir edir.

Ən sadə sual yaranır – prezident və Təhlükəsizlik Şurasının sədri Çin lideri ilə necə söhbət edəcəklər? Yəni onlar böhran vaxtı bu layihə və yatırımları basıb əyiblər və sanki uzlaşıblar. Amma yekunda belə çıxır ki, çinli tərəfdaşların Qazaxıstanın xarici siyasət addımlarına inamı sarsılıb.

Beləliklə, 2016-cı ildən sonra durum Pekinə artıq ikinci dəfə göstərir ki, Nur-Sultanla iş görmək çətindir. Çünki şübhələr var ki, hakimiyyət özünün bölgə siyasətinə, ya da siyasətçilərə nəzarət etmir. İndiki halda qərbi qazaxıstanlılara.

-Siz daxili və xarici amilləri sadaladınız. Mitinqlərin səbəbi bunun hansıdır?

-Mitinqlərin səbəbi Qazaxıstanda daxili-siyasi rəqabətdir. Qərbi Qazaxıstanın elitaları fəaliyyətdəki prezident Qasım-Jomart Tokayevə və ölkənin keçmiş başçısı Nursultan Nazarbaeyvə eyham vururlar ki, bütün bu layihələrdən öz piroq paylarını almaq və bütünlükdə elitadaxili statusu yüksəltmək istəyirlər.

Xarici amil həlledici deyil. Bu, daha çox müşayiətedici məqamdır. Xüsusən də son zamanlar Qazaxıstanda Çinə qarşı mitinq keçirmək populyar və dəbdədir.

Tərcümə: Strateq.az


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam