Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

“Stratfor” Çinin Qırğızıstandakı ekspansiyasını incələyib:l“ANTİÇİN NÜMAYİŞLƏRİ VƏ ETİRAZLAR ÇOXALACAQ” – Təhli

Stratfor (ABŞ), 10.01.2019

 

Ümumi mənzərə

 

Yenixeber.org: Pekin “Bir qurşaq, bir yol” təşəbbüsünün gerçəkləşdirilməsi yoluyla Mərkəzi Asiyada iqtisadi iştirakı genişləndirdiyi bir məqamda Çin özünün iqtisadi layihələrilə Qırğızıstanda artan müqavimətlə üzləşir. Antiçin etirazları və sosial şəbəkələrdə fəallıq Mərkəzi Asiya dövlətlərində Çin üçün bu başdan ciddi iqtisadi və siyasi problemlərdən xəbər verir və Pekinin Rusiya ilə bölgəsəl rəqabətinə təsir göstərir, çünki ÇXR-in Mərkəzi Asiyada genişlənən iştirakı Moskvanın mövqeyinə təhdid yaradır.

 

Nə baş verib

 

Yanvarın 7-də Qırğızıstan paytaxtı Bişkekdə 300-ə yaxın etirazçı toplaşıb. Onlar qeyi-leqal çinli mühacirləri ölkədən çıxarmaq, Qırğızıstan sakinlərilə nigaha girən çinlilərə vətəndaşlıq verməmək, Sintszyan-Uyğur muxtar bölgəsindəki tərbiyə düşərgələrində qırğızların təqibinin dayandırılması və Qırğızıstanın ÇXR-lə iqitsadi əlaqələri genişləndirməməsi tələbi irəli sürüblər.

Yanvarın 17-ə yeni etirazlar planlaşdırılıb.

Qırğızıstan prezidenti Sooronbay Jeenbekov bu nümayişlərdən sonra Çinin Qırğızıstan iqtisadiyyatı üçün önəmini vurğulayıb. O, yanvarın 9-da bildirib: “Çinlə münasibətlərimizi korlamağa çalışanlar məqsədlərinə çatmayacaqlar”.

Qırğızıstan baş nazirinin birinci müavini Kutabek Boronov bundan bir gün qabaq etirazçıların ölkəyə Çin mühacirəti haqda sosial şəbəkələrdə fəal yayılan iddiaları barədə çox etinasızlıqla fikir bildirib. Boronov Qırğızıstan Dövlət Sərhəd Xidmətinin statistikasına istinadən deyib  ki, 2018-də ölkəyə 35 215 ÇXR vətəndaşı gəlib. Bu, Qırğızıstana 41 307 Çin vətəndaşının gəldiyi 2017-ci ildəkindən 15% azdır. Eyni zamanda 2018-də 34 436 çinli Qırğızıstandan gedib (2017-də gedənlərin sayı 40 690 nəfər olub). Boronov habelə Qırğızıstanın guya ərazisini bir bölümünü Çinə güzəştə gedəcəyi haqda iddiaları təkzib edib.

 

Hadisəöncəsi

 

Çin Qırğızıstan və bütövlükdə Mərkəzi Asiya ilə iqtisadi əlaqələri önəmli şəkildə genişləndirib, çünki bu ölkə və bölgə onun “Bir qurşaq, bir yol” təşəbbüsünün gerçəkləşməsində açar rol oynayır. Özəlliklə Qırğızıstan başlıca olaraq yan-yörəsində çinlilərin  faydalı qazıntılar çıxardığı kənd və qəsəbələrdə Çinin iqtisadi fəaliyyətinə qarşı fəal etiraz edir. Məsələn, Batken vilayətinin Maydan kəndinin qəzəblənmiş sakinləri sentyabrda Çin qızıl mədəni şirkətinin təmsilçilərini metal yük konteynerinə qapadaraq bu şirkətin çinli işçilərini qızıl yataqlarının “qanunsuz” kəşfiyyatında ittiham edib. Cənubdakı Cəlalabad vilayətinin ərazidəki ekoloji durumdan rahatsız olan kənd sakinləri ötən ilin aprelində birgə Qırğızıstan-Çin “Makmal Ci-El Development” (Makmal GL Developing) şirkətinə hücum edib və ora od vurub.

 

Bu niyə önəmlidir

 

Yanvarın 7-də keçirilən antiçin etirazları Çin ekspansiyasına, iqtisadi əlaqələrin inkişafına və Pekinin Mərkəzi Asiyadakı ümumi geopolitik təsirinə artan müqaviməti göstərir. Bu nümayiş oduqca azsaylı, amma faydalı qazıntılar hasilatına qarşı etirazlardan daha əhatəli olub və etiraz edənlər Çinin ünvanına tam bir sıra iradalar bildiriblər. Bu da önəmlidir ki, Qırğızıstan hökuməti ÇXR-in iqitsadi əhəmiyyətini vurğulayaraq, Çin miqrasiyası üzrə statistik məlumatları açıqlamaqla sosial şəbəkələrdə antiçin ifadələrin yayılmasına qarşı çıxış edərək etirazlara reaksiya verməyi gərəkli sayıb. Qırğızıstanın bir neçə vətəndaşı qabaqlar Çin barədə sosial şəbəkələr üzərindən “fitnəkar bəyanatlar” yaymağa görə tutulub. Qırğızıstan  hökuməti etirazçılara qarşı təhlükəsizlik güclərindən hələlik yararlanmır, amma etirazlar güclənərsə, olayların belə gəlişməsi mümkündür.

Sosial şəbəkələrdə antiçin nümayişlər və fəallıq çoxalacaq, çünki Çin Qırğızıstanda iqtisadi iştirakını genişləndirməyi sürdürür. Bu öz növbəsində bu ölkədə və Mərkəzi Asiyanın başqa dövlətlərində vəsait yatırmaq və infrastruktur gerçəkləşdirməkdə Pekinin planlarına mənfi təsir edə bilər. Bu habelə Mərkəzi Asiyada Rusiyanın da mövqeyinə təsir edir, çünki Moskva Mərkəzi Asiya bölgəsində özünün əsas xarici güc durumunu saxlamağa can atmaqla Çinin təsirini məhdudlaşdırmağa çalışır.Tərcümə Strateq.az-ındır.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam