Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Yeddi trilyonluq yeni müharibə və...-DƏHŞƏTLİ XƏBƏRDARLIQ

 

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif İsrailin baş naziri Benyamin Netanyahunun İranın gizli nüvə proqramı ilə bağlı iddiasını rədd edib.

Yenixeber.org: Nazir sosial şəbəkəsindəki hesabında paylaşdığı mesajında İsrailin müharibə üçün bəhanə axtardığını bildirib.

Zərif ​​İsrailin nüvə arsenalına toxunaraq “nüvə silahının əsl sahibi olan yalançı çoban ağlayır” yazıb və mesajını təsdiqləmək üçün “Sunday Times” qəzetinin 1996-cı il 6 oktyabr tarixli “İsrailin gizli nüvə arsenalı” başlıqlı məqaləsinin şəklini paylaşıb.

ABŞ prezidentinin milli təklükəsizlik məsələləri üzrə məsləhətçisi Con Bolton, Benyamin Netanyahu, Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd ibn Salman və Əbu-Dabinin vəliəhd şahzadəsi Məhəmməd ibn Zeyddən ibarət dördlüyü "B komandası” adlandıran xarici işlər naziri “Tramp və “B komandası” yalnız müharibə istəyir. Günahsız insanların qanı və başqa bir 7 trilyon dolların hesabına” yazıb.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp ölkəsinin Yaxın Şərqdəki müharibələrə 7 trilyon dollar xərclədiyini və ölkənin lehinə konkret bir nəticənin olmadığını söyləmişdi.

Xatırladaq ki, İsrailin baş naziri ötən gün xalqa müraciətində İranın nüvə proqramına aid gizli bölgələrin İsrail tərəfindən kəşf edilərək məhv edildiyini iddia edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam