ABŞ-ı SİLKƏLƏYƏCƏK “EPŞTEYN İŞİ”… –2 yəhudi milyarderin həbsi ABŞ-Rusiya-İsrail əlaqələrini çözəcək şəbəkəni üzə çıxara bilər -ARAŞDIRMA
Ərgün Dilər
“Takvim”, Türkiyə, 30 iyul 2019-cu il
Yenixeber.org: Prezident Trampın Ərdoğana dəstək verməsi, Putinlə yaxınlıq etməsi, Çinlə ticarət üzərindən atışması, Körfəzin isinməsi, Suriyanın və Şərqi Aralıq dənizinin problemli bölgə olaraq yerini qoruması və NATO-nun daxildən silkələnməsi kimi bir çox mövzu müzakirə edilməkdədir.
Çox şey haqqında yazılır. Lakin bəzən elə kor nöqtələr yaranır ki, “Kim kimə yaxındır, kim kiminlə işləyir?” sualına cavab tapılmır. Hadisələri çox həssas bir zərrəbinlə izləmək lazım gəlir. Bu, asandırmı? Xeyr. Xüsusilə ortasında yerləşdiyimiz coğrafiya əməlli-başlı isindiyi bir vaxtda ABŞ-da dalğalanma heç bitmir. Son olaraq Epşteyn üzərindən bir burulğan yarandı. Əslində görünməyən yerlərdə kiçik qiyamət qopdu. Elə əlaqələr, elə təmaslar üzə çıxdı ki, ağla sığmır. Gəlin, bu gün elə oradan gedək. Bəzi adları çəkərək, böyük spirala girmədən irəliləməyə çalışaq. Təhlil nəticəsində önümüzə çıxan tabloya birlikdə baxaq.
İsrail ABŞ-da həmişə güclü olub. Bu, dəqiqdir. Lakin hesab edildiyi qədər güclü deyil. Qərb “Hər daşın altından İsrail çıxır” tezisinə investisya yatırıb. Və arxada qalaraq, vəkalət savaşı aparıb. Bunu da ən çox islam torpaqlarında gördük… Nə isə, bu, uzun söhbətdir. Ancaq II Dünya Müharibəsi zamanı ABŞ-a gedən gəmilərin limanlara yanaşmasına izin verilmədi, içindəki yəhudilərə qapı açılmadı. Bu da bir həqiqətdir.
ABŞ və İsrail arasındakı yaxşı münasibətlərin görünməyən cəbhəsində bəzi dəliklərin açıması ilə birlikdə, münasibətlər davam etməkdədir. Bu, dəqiqdir. Ancaq son dövrdə ortaya çıxan “Epşteyn işi” aranı qarışdırıb. Bu, elə bir düyündür ki, onu kimin və necə açacağı bəlli deyil. İş dərin işdir…
Belə ki, İsraildən olan iki agent milyarder Cefri Epşteyn və Corc Nader artıq həbsxanadadır. Hər ikisi də azyaşlı uşaqlara cinsi təcavüzə görə ittiham edilir. İrəli sürülən ittihamlar arasında 14 yaşlı uşaqların ticarəti məsələsi də var.
Ceffri Epşteyn
Cefri Epşteyn 6 iyulda həbs edilib. Xüsusi prokuror Robert Müllerin apardığı işin açar şahidlərindən olan Corc Nader də uşaq pornoqrafiyası olduğu üçün saxlanılıb. Avropadan kiçik yaşda gətirdiyi uşağı saxladığı üçün də həbs edilib. İşin bura qədər olan hissəsi ürəkbulandırandır.
Ancaq əslində mövzu bu deyil. Çünki Epşteynin çox böyük bir şəbəkəsi var. Bu şəbəkədə yer almayan ABŞ prezidenti, demək olar ki, yoxdur. Bu səbəblə, Epşteyn və Nader Donald Tramp, Benyamin Netanyahu, Erik Prins, Səudiyyə Ərəbistanının vəliəhd-şahzadəsi Məhəmməd bin Salman və BƏƏ-nin vəliəhd-şahzadəsi Mohamed bin Zayedi də əhatə edən şəxsi şəbəkəsini paylaşmağa məcburdur. Bu şəbəkədə olmayan, demək olar ki, yoxdur. Sadəcə buralarda kimsə bu məsələnin üzərində durmur.
Epşteyn və Nader qurduqları dərnəklərin qapılarını gənc oğlan və qızlara açıblar. Bu gəncləri dünyanın zirvəsindəki şəxslərə daşıyıblar. Qəribə bir şəbəkə meydana gəlib. Epşteynin mərkəzində olduğu bu şəbəkənin daxilində dünyanın zirvəsində olanlar yer alıblar.
Axırıncı dalğadan sonra ABŞ kəşfiyyatı Epşteynin İsrailə casusluq etdiyi qənaətinə gəlib. İsrail üçün işlədiyi rəsmən sənədləşdirilib. Bunu İsrail mətbuatı da yazıb. Epşteynin “Mossad”ın idarə etdiyi agentliklərdən qız təmin etdiyi də açıqlanıb. Agentlikləri idarə edənlər də Epşteynin yaxınları olub. Yəni, moda dünyasından idilər.
Epşteyn və Naderin istifadə etdiyi metodların “Mossad” tərzli hərbi kəşfiyyat metodları olduğu vurğulanıb. Bu iki şəxs və qurduqları şəbəkə qlobal silkələnmə meydana gətirib. Həm də elə-belə deyil…
1980-ci və 1990-cı illərdə Donald Trampın dostu olan Epşteynin İsrailin sabiq Baş naziri olan Ehud Barakla bir çox məsələ ilə bağlı ortaqlığının olması sirr deyil. Barak sentyabr ayında keçiriləcək seçkilərdə Benyamin Netanyahuya qalib gəlmək istəyir. Bu, təbiidir. Çünki işlər artıq dəyişməyə başlayıb. Ancaq Netanyahu da Trampın dostudur.
2015-ci ildən bu yana məqsədi təcili çağırış mərkəzləri üçün qabaqcıl texnoloji həll təklif etmək olan İsrailin “Carbyne” şirkətinin Donald Trampa qədər uzanan çox gizli bir şəbəkəsi ortaya çıxıb. Hadisə böyüyüb. Çünki bu sistem İsrailin ABŞ-ın gizli şəbəkəsinə sızmasına da imkan verir.
Digər tərəfdən, aydın olub ki, Kohen, həmin şirkətdən Trampla əlaqəsi olan kinoulduz Stormi Denielsin haqqını ödəmək üçün istifadə edib. Yəni, “Carbyne” şirkətinin bu sistemi uğurlu olub.
Seçki günü ilə 14 iyul 2017-ci il tarixi arasında İntrater və Kohenin alış-verişdə 230 telefon zəngi etdiyi və 950 mesaj atdığı da Müller tərəfindən sənədləşdirilib.
Ancaq İsraildə bu şəbəkəyə nəzarət edənlərdən hansının bu məlumatları Müllerə verdyi bilinmir.
Qarışıqlıq da burada başlayır. Epşteyn və Barakla bərabər, 2017-ci ilin sentyabr ayında “Columbus Nova Teknoloji Partners” (CNTP) vasitəsilə “Carbyne” şirkətinin hissələrinin (sinif A-1) 24%-ni alan rus oliqarx Viktor Vekselberqdə bu şirkətin hissədarıdır. Andrey İntrater, yəni Kohenin yazışdığı dostu isə bu şirkətin Baş icraçı direktorudur.
Rus oliqarxın adı ABŞ-ın sanksiya siyahısındadır. Ukraynada anadan olan Vekselberq Putinə çox yaxındır. Prokuror Müller təzyiq edincə, o, aradakı şəxslər vasitəsilə ifadə verib, verməyə məcbur olub.
Xatırladaq ki, Trampın vəkili kimi çalışan Maykl Kohen, şirkəti “Essential Consulting” ilə bağlanan 1 milyon dollarlıq anlaşma çərçivəsində, CNTP-ə, yəni Putinin yaxın dostu Viktor Vekselberqə müşavirlik edib. Və Robert Müllerin komandası ilə görüşməyə məcbur olub.
Təbii, “Carbyne” ABŞ-ın məxfi informasiyalarını alan şirkət halına gəlib. Şirkətin Baş icraçı direktoru Amir Elixay İsrailin elit hərbi kəşfiyyat qrupunda işləyib. Çox özəl hissələri idarə edən sabiq general Pinxas Berkus da şirkətin meneceridir. Təsisçi ortaqlardan biri olan Lital Leşem hələ də İsrail Müdafiə Qüvvələrində çalışır.
Trampın İsraillə bağlantıları artıq Müllerin əlindədir. Bunu bilməyən yoxdur.
ABŞ-da “çirkli” olaraq tanınan bir çox şəxsin Trampla çalışdığı sənədləşdirilib. Kiçik yaşlı uşaqları tutub saxlayan “banda”nın bağlantıları Ağ Evdədir… Klinton da, Obama da, Tramp da çənbərin içindədir. Olacaq iş deyil, ancaq olmuş.
ABŞ kəşfiyyatı prezidentləri kənarda saxlayaraq irəliləmək istəyir, lakin hər tərəf minalanmış sahədir. Müllerin komandası da bu “banda”dan istifadə edərək Trampı bitirmək niyyətindədir. Bu, ABŞ, Rusiya və İsrail arasında olan görünməyən bir şəbəkədir. Baxaq görək, nəticəsi nə olacaq. Burada əldə ediləcək nəticələr dünyanın tarazlığını dəyişəcək. Bizimlə heç bir əlaqəsi olmayan bu təhqiqat, bilməsək belə, bizi çox yaxından maraqlandırır. Çünki Tramp bizim yanımızda durur. Əks halda nə ola bilər, nələr baş verə bilər? Bilən yoxdur. Gözləyib görəcəyik…
Yeri gəlmişkən, Trampı Səudiyyə Ərəbistanına aparan da, Müllerə yardım edən də Naderdir. Bu səbəblə Müller yenə hücuma keçib.
Dünyanın bu qədər qarışdığı bir dövr olubmu? Bilmirəm. Önəmli paytaxtların hamısında sıxıntı var. Bu həngamədə Türkiyə öz yolunu cızaraq irəliləyir. Bu, anlamasaq da, çox dəyərlidir.
Tərcümə: Strateq.az