Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

“Jerusalem Post”-un qorxusu: RUSİYA-TÜRKİYƏ İTTİFAQI İSRAİL ÜÇÜN TƏHLÜKƏDİR

Set Frantzman

“Jerusalem Post”, 29.07.2019

 

Yenixeber.org: Müdafiə və enerji sahəsində ortaya çıxan Rusiya-Türkiyə ittifaqı Yaxın Şərq və İsrailə uzunmüddətli təsir göstərəcək. Bu, Türkiyənin Rusiyadan “S-400” hava hücumundan müdafiə sistemini əldə etməsi və Qara dəniz vasitəsilə Rusiyadan Türkiyəyə qədər uzanan “TurkStream” boru kəmərinin inşası ilə əlaqədardır.

Bundan əlavə, Türkiyə və Rusiya yaxınlaşdıqca, istər-istəməz digər regional və beynəlxalq məsələlər kimi, Suriya münaqişəsinə son qoymaq səylərində mövqelər daha çox üst-üstə düşür.

Bu, Türkiyəni ABŞ-la ənənəvi müttəfiqlikdən uzaqlaşdırıb, Rusiya və digər müttəfiqlərlə, məsələn, Türkiyə-Qətər və Rusiya-İran ittifaqı ilə müəyyən maraqları bölüşən yeni bir ittifaq quruluşuna yönəldib.

Uzunmüddətli perspektivdə, Çin, Hindistan kimi digər güclü dövlətlər və  ABŞ-a meydan oxumağa çalışan bəzi Orta Asiya aktyorları ilə yanaşı, Rusiya-Suriya-İran-Türkiyə-Qətər kimi daha yaxın bir blok yarada bilər.

Bunun İsrail üçün uzunmüddətli təsiri var, çünki İsrail İranın Yaxın Şərqdə yüksələn gücünə qarşı çıxan ABŞ-ın ən etibarlı müttəfiqidir.

2000-ci illərin ortalarına qədər, Türkiyənin hazırkı iqtidarı ilə bağlı baş verənlərdən əvvəl Ankara İsraillə yaxın münasibətlərdə idi.

Rusiya və İsrailin bu gün yaxşı münasibətləri mövcuddur, amma gərginliyin olduğu Suriya kimi yerlərdə maraqları üst-üstə düşməsə, nə olacaq?

Son proseslər və media başlıqları güclənən yeni ittifaqı əyani göstərir.

“National İnterest”-in məlumatına görə, ABŞ-la münasibətlərinin zərər görəcəyini bilən Türkiyə “S-400”-ləri almazdan əvvəl “F-16” təyyarələri üçün ehtiyat hissələri yığıb.

Rusiya bu yaxınlarda Türkiyə üçün vizasız səfərləri bərpa edib. Moskva və Ankara mülki təyyarə və helikopterlərin birgə istehsalını müzakirə edirlər.

“TASS” xəbər verib ki, onlar Aralıq dənizində ortaq enerji araşdırmalarına da başlaya bilər.

Bir sözlə, müdafiə və enerji ittifaqının böyüdüyü bəllidir.

İsrailin Aralıq dənizində öz enerji maraqları və müdafiə əlaqələri var. Rusiya-Türkiyə ittifaqının uzunmüddətli təsiri hazırda körpəlik çağındadır, lakin ortaq müdafiə işləri və enerji araşdırması Yaxın Şərqdəki qonşular tərəfindən indidən daha ciddi qəbul edilməlidir.

Tərcümə:Strateq.az


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam