Bloomberg:"Avropalılar ABŞ-ın İrana qarşı koalisiya təkliflərini rədd edirlər"
Hörmüz boğazından keçən tankerlərin ələ keçirilməsindən sonra Donald Trampı İran körfəzindəki gəmilərin qorunması üzrə yeni koalisiya qurmağa vadar edib.
Yenixeber.org: Lakin “Bloomberg” agentliyinin məlumatına əsasən, ABŞ-ın içində Böyük Britaniya və Fransa da daxil olmaqla partnyorları artıq bundan imtina ediblər.
Birləşmiş Ştatların “Gözətçilər əməliyyatı” planıba qoşulmaq əvəzinə bu ölkələr amerikan layihəsi ilə, demək olar ki, eyni, lakin ondan ayrı təşəbbüs irəli sürüblər.
Agentliyin xəbərində ABŞ-ın “İrana maksimal dərəcədə təzyiq göstərilməsi” kampaniyasının Avropa dövlətləri üçün keçmədiyinə işarə vurulub.
“Avropanın öz yolu ilə getmək cəhdi onun ABŞ-ın İranla bağlı siyasətinə daxil olmaq istəmədiyni göstərir”,-deyə Strateji və beynəlxalq mərkəzinin Yaxın Şərq üzrə proqramın direktoru Conatan Alterman agentliyə verdiyi müsahibədə bildirib.
Bu fikir Fransanın xarici işlər naziri Jak İv le Drian tərəfindən dəstəklənib. Onun sözlərinə görə, Avropa İranla münasibətlərin de-eskalasiyası yolunda tədbirlər görür.
“Biz diplomatik cəbhədə dəniz təhlükəsizliyi üzrə inklüziv (hər kəsi əhatə edən) regional danışıqlar üçün şərtlər hazırlamaq istəyirik”,-deyə Le Drian qeyd edib.
Pentaqon rəhbəri Mark Esper isə bu cəhdlərin qarşılıqlı tamamlayıcı olmasının vacibliyini vurğilayıb.
“Bilindiyi kimi, Donald Trampın İranla imzalanan nüvə anlaşmasından çıxması Avropanın kəskin müqaviməti ilə qarşılaşıb. ABŞ sanksiyaları gücləndirmək yolu ilə İran iqtisdiyyatını boğmağa ümid edərək rəsmi Tehranı danışıqlar masası arxasına oturtmağa cəhd edir. Lakin avropalılar Tehranla Qərb arasındakı gərginliyin əsas səbəbini də İranla deyil, məhz Trampın bu siyasəti ilə bağlayırlar,-deyə agentliyin analitik yazısında bildirilir.
“Avropanın təşəbbüsü gəmilərin müdafiəsi üzrə təşəbbüsləri bölgəyə əlavə qüvvələrgöndərilməsini nəzərdə tutmur”,-deyə Fransanın müdafiə naziri Florans Parli “Est Republician” saytına bildirib.