Redaktor seçimi
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Həmkarlar İttifaqında qərar verən əsas güc- NİGAR VAHABZADƏ KİMDİR?-
GENERAL MEHDİYEV - GÖMRÜKDƏN BİZNESƏ... - DGK-nın keçmiş şefi necə “uğurlu biznesmen” oldu? +
Fuad Muradovun "adamı" Azərbaycanı "diktatura rejimi" adlandırdı -
Bakını "Qəzza zolağına çevirən" kimlərdir(?)!: “Şamaxılı Cavid”ə "DUR" deyin...-
Əmlak Məsələləri Dövlət Xidməti “Qobu əməliyyatı”na hazırlaşır:
“Əcəmi”də “can bazarı”:
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
Günün xəbəri

ABŞ-a etiraz-Aropanın lider ölkələrindən

Avropanın lider ölkələrindən ABŞ-a etiraz
Almaniya, Fransa, Böyük Britaniya və Avropa İttifaqının maliyyə və xarici işlər nazirləri ABŞ-ın maliyyə naziri Stiven Mnuçinə birgə yazılı məktub göndərərək, Vaşinqtonun Tehrana qarşı planlaşdırdığı sanksiyaların ikinci dalğasının Avropanın İranla nüvə sazişini qorumaq cəhdlərini pozduğunu bildiriblər.
Yenixeber.org: Bu barədə "Wall Street Journal" məlumat yayıb.Avropalı nazirlərin məktubunda qeyd olunur ki, “Amerikanın tətbiq edəcəyi ikinci paket sanksiyalar Avropa İttifaqının İrana qarşı sanksiyaları tədricən azaltmasını davam etdirməyə mane ola bilər."

Fransanın maliyyə naziri Bruno Le Mer vurğulayıb ki, bu məktub Vaşinqtonun öz xahişinə uyğun olaraq göndərilib və ümid edir ki, Avropanın istəkləri eşidiləcək. “Cənab Mnuçin bizə məsələ ilə bağlı öz istəklərimizi bildirməyimizi demişdi, biz də elə bunu edirik. Və ümid edirik ki, Avropa şirkətlərinin qanuni biznes fəaliyyətlərini davam etdirmələri üçün ABŞ məntiqli yanaşma seçəcək” – deyə Le Mer bildirib.

Qeyd edək ki, mayın 8-də ABŞ-ın birtərəfli qaydada İranla nüvə sazişindən çıxması və sanksiyaları bərpa etməsindən sonra sazişin digər iştirakçılar, o cümlədənAvropa üçlüyü – Fransa, Almaniya və Böyük Britaniya sankiyalara rəğmən nüvə anlaşmasında qalmaqla böyük zərərlə üzləşməyəcəyinə dair Tehrana iqtisadi-siyasi zəmanət veriblər. Onlar, həmçinin İranı əmin ediblər ki, hazırkı nüvə sazişinin qorunub saxlanmasının tərəfdarıdırlar.

Lakin bununla belə, artıq bir neçə iri Avropa şirktləri İranla enerji-nəqliyyat sahəsindəki əməkdaşlığı dayanırdıqlarını bəyan ediblər. 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam