Redaktor seçimi
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Zaur Mikayılovun Yevlaxdakı kadrı “suları belə bulandırır” –
Günün xəbəri

İrana neft ixracı və nüvə sazişi ilə bağlı zəmanət verildi

    

İrana neft ixracı və nüvə sazişi ilə bağlı zəmanət verildi
8 mayda ABŞ-ın birtərəfli qaydada İranın nüvə proqramına dair Hərtərəfli müştərək fəaliyyət planından çıxması və Tehrana qarşı sanksiyaları bərpa etməsindən sonra, nəhayət, nüvə sazişinin digər iştirakçıları – Rusiya, Çin, Almaniya, Böyük Britaniya və Fransa Tehrana praktiki zəmanət təqdim ediblər.
 Yenixeber.org: BMT Baş Assambleyasının sessiyası çərçivəsində Nyu-Yorkda görüşən Rusiya, Çin, Almaniya, Böyük Britaniya və Fransa xarici işlər nazirləri Tehrandan təbii qaz və neft idxalına dair ödəmələr daxil olmaqla, ümumi ticarət əməliyyatlarının asanlaşdırılması və İranda bizneslə məşğul olan şirkətlərinin ABŞsanksiyalarından qorunması üçün xüsusi ödəniş kanallarının yaradılmasını nəzərdə tutan yeni bir maliyyə mexanizminin formalaşdırılması barədə razılığa gəliblər. 

Görüşdə İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif və Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Federika Mogerini də iştirak ediblər. 

Görüşün nəticəsi barədə açıqlama verən Mogerini bildirib ki, nüvə sazişinin digər iştirakçıları razılaşmada göstərilən öhdəliklərinin tam və effektiv icrasını davam etdirəcəklərini təsdiqləyiblər. 

“Hərtərəfli müştərək fəaliyyət planı nüvə silahının yayılmaması üzrə beynəlxalq rejimin mühüm elementidir və iştirakçı ölkələr İranın sazişdə nəzərdə tutulan öhdəliklərinə tam şəkildə əməl etdiyini təsdiqləyirlər. “Beşlik” ölkələri Arak reaktorunun modernləşdirilməsini və Fordo obyektinin yenidən konversiyasını dəstəkləməyə davam edəcəklər. Sazişin iştirakçı dövlətləri həmçinin, İranla biznes aparan şirkətlərinin müstəqilliyinin qorunması üçün tədbirlər görülməsinin vacibliyini vurğuladılar”, – deyə Mogerini bildirib. 

Aİ nümayəndəsi əlavə edib ki, Tehranla maliyyə əməliyyatları aparmaq üçün formalaşdırılacaq yeni mexanizm İranda qanuni biznes fəaliyyəti ilə məşğul olan şirkətlərin regional və beynəlxalq tərəfdaşlarla əməkdaşlığını davam etdirməsi yönündə önəmli qərardır. 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam