Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Avropa xüsusi ödəmə mexanizmi yaratdı-İranla

 

Avropa İranla xüsusi ödəmə mexanizmi yaratdı
Almaniya, Fransa və Böyük Britaniya İranla ticarəti asanlaşdırmaq və ABŞ sanksiyalarından yan keçmək məqsədilə xüsusi ödəmə kanalını rəsmi olaraq yaradıblar.
 Yenixeber.org: Bu barədə Almaniyanın “NDR” teleradio şirkəti bəyan edib. Bununla da, İranla nüvə sazişinin Avropalı iştirakçıları Amerika sanksiyalarına qarşı Tehrana verdikləri iqtisadi zəmanət vədini yerinə yetiriblər.

Qeyd olunub ki, ABŞ sanksiyalarından yan keçəcək xüsusi ödəmə kanalı “INSTEX” (Instrument In Support Of Trade Exchanges – Ticarət Birjasının Dətəklənməsi Aləti) adlanacaq. İranla biznes əlaqələri olan qeyri-Avropa xarici şirkətlər də bu kanal vasitəsilə ödəmə əməliyyatlarını icra edə biləcək və Amerikanın sanksiyalarından yayınaraq ziyana düşməyəcəklər.

Xatırladaq ki, sentyabrın sonlarında BMT Baş Assambleyasının sessiyası çərçivəsində Nyu-Yorkda görüşən Rusiya, Çin, Almaniya, Böyük Britaniya və Fransa xarici işlər nazirləri Tehrandan təbii qaz və neft idxalına dair ödəmələr daxil olmaqla, ümumi ticarət əməliyyatlarının asanlaşdırılması və İranda bizneslə məşğul olan şirkətlərinin ABŞ sanksiyalarından qorunması üçün xüsusi ödəniş kanallarının yaradılmasını nəzərdə tutan yeni bir maliyyə mexanizminin formalaşdırılması barədə razılığa gəlmişdilər.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam