Redaktor seçimi
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Fərid Qyıbov Gəncə stadionunda “öz havasını oynayır” –
Gəncə Dövlət Universitetinin rektoru Təhsil nazirinə qarşı:
Günün xəbəri

“Lalə Şövkət müxalifətin birliyi üçün təşəbbüs göstərəcək”

 

“Bəzi müxalifət partiyaları daxilində yaşanan qarşıdurmaya görə təəssüf edirik. Liberal Partiyasının daxilində isə heç bir qarşıdurma yoxdur. Bundan əlavə, Liberal Partiyası digər partiyalarla da normal əlaqədədir”.

"Xeberinfo.com":  Məlumata görə, bunu modern.az-a açıqlamasında Azərbaycan Liberal Partiyasının sədri (ALP) Əvəz Temurxan müxalifət partiyaları arasında son vaxtlar baş verən qarşıdurmalara münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, partiyanın lideri xanım Lalə Şövkət əvvəllər də müxalifət daxilində gərginliyin qarşısının alınması üçün çağırışlar edib: “Lalə xanım vaxtilə müxalifət partiyalarının parçalanmaması üçün təşəbbüs göstərib. Təəssüf ki, onun istədiyi nəticə hələlik özünü göstərmir. Nə vaxtsa fürsət yaranarsa, Lalə xanım yenidən belə bir təşəbbüsdə olacaq. Lalə Şövkət həm müxalifət, həm də millət daxilində birliyin tərəfdarıdır. Ümummilli məsələlərdə belə, iqtidar-müxalifət birliyinin tərəfdarıdır”.

ALP sədri Əvəz Temirxan Lalə Şövkətin hazırda siyasi fəaliyyətdən kənarda qalmasının onun nədənsə çəkinməsindən irəli gəlmədiyini də qeyd edib: “Lalə Şövkət heç nədən çəkinmir. Bu cür yanaşma doğru deyil. Lalə xanım strateji məsələlərdə üzdədir. Məsələn, dünən Lalə Şövkətin iştirakı ilə ALP-da toplantı olub. Toplantıda çıxış edən Lalə Şövkət son günlərdə cəmiyyətdə baş verən hadisələrdən ciddi narazılığını dilə gətirib. Lalə xanım qiymətlərin artırılmasını, manatın bu səviyyədə aşağı düşməsini birmənalı şəkildə qəbul etmir. Lalə xanım deyib ki, öncə sosial baxımdan xalqı müdafiə etmək lazımdır. Sonra dolları azad buraxmaq lazım idi. Təəssüf ki, iqtidar bunu etmədi. Əslində süni şəkildə valyuta əldə etmək, nə vaxtsa onu azad buraxmağa məcbur olmaq demək idi. Çünki ölkənin valyuta ehtiyatları sonsuz deyil”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam