Redaktor seçimi
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Zaur Mikayılovun Yevlaxdakı kadrı “suları belə bulandırır” –
Günün xəbəri

“Leyla Yunusun sağ qalmağı sual altındadır”

 

  "Xeberinfo.com": Hazırda Bakı istintaq təcridxanasında saxlanılan hüquq müdafiəçisi Leyla Yunusun vəkilləri bəyanat yayıb.Bəyanatda bildirilir: “Tam məsuliyyətlə bəyan edirik ki, Leyla Yunusun fiziki durumu son həddə çatıb. Soyuq kamerada, isti sudan məhrum olunmuş L.Yunusun səhhəti kəskin şəkildə pisləşib. Keçirilmiş dörd cərrahiyə əməliyyatları öz mənfi fəsadlarını göstərir. Belə olan halda bu ilin sonuna qədər Leyla xanımın sağ qalmağı sual altındadır. L.Yunus möhkəm iradə sahibidir, psixolojı durumu stabildir, yalnız fiziki ağrılar dözülməzdir.
Əqər qəti imkan tədbirini dəyişmək istəyi yoxdursa, heç olmasa L.Yunusu Penitensiar Xidmətinin xəstəxanasına təcili şəkildə yerləşdirmək lazımdır
.

Vəkillər:
Xalid Bağırov
Cavad Cavadlı
Fariz Namazlı
Əlaif Həsənov
Elçin Qəmbərov
03 Oktyabr 2014-ci il”.

Xatırladaq ki, bir müddət əvvəl vəkillər Leyla Yunusun döyülməsi ilə bağlı məlumat yaymışdı. Ancaq Penitensiar xidmətin rəhbərliyi hüquq müdafiəçisini döyən və saçlarından sütüyən təcridxana əməkdaşının ünvanına ittihamları rədd etdi.
L.Yunus aprelin 30-da həbs olunub. O, dövlətə xəyanətdə, vergidən yaynmaqda və digər cinayətlərdə ittiham olunub.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam