Redaktor seçimi
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Günün xəbəri

ƏLİ MƏMLÜK PREZİDENT ƏSƏDİN SİYASİ VARİSİDİRMİ? –Suriyada son təyinatlarla qalxan tozanaq

Pol Xəlifə

“Middle East Eye”, 17.07.2019

 

Yenixeber.org:  8 iyulda açıqlanan Suriyanın təhlükəsizlik xidmətinin yenidənqurması, demək olar ki, 7 il əvvəl Şamda Milli Təhlükəsizlik Xidməti Baş ofisində bomba partlayışından bəri prezident Bəşər Əsədin hərbi və təhlükəsizlik qurumlarında ən geniş dəyişikliyidir.

18 iyul 2012-ci ildə təşkil edilən hücumda öldürülənlər arasında Milli Təhlükəsizlik İdarəsinin “böhran hücrəsi”nin başçısı general Həsən Türkmani, müdafiə naziri Davud Racha, prezidentin qaynı general Asəf Şövkət və milli təhlükəsizlik şefi Hişam İxtiyar vardı.

 

Mühüm dəyişiklik

Bomba partlayışından neçə il sonra dörd dəyişiklik olub.

2009-cu ildən güclü Hərbi Hava Qüvvələri Kəşfiyyat Xidmətinin rəhbəri olan general Cəmil əl-Həsən (onun geniş səlahiyyətləri faktiki olaraq bütün ölkəni əhatə edir) müavini Həsən İsmayılla əvəz edilib.

2012-ci ildən etibarən milli təhlükəsizlik şefi general Məhəmməd Dib Zeytun general Hüssam Luqa ilə əvəzlənib, Siyasi Təhlükəsizlik İdarəsində isə onun yerini general Nasir əl-Əli tutub.

Ən əhəmiyyətli dəyişiklik Milli Təhlükəsizlik Bürosunun rəhbəri general Əli Məmlükün indi təhlükəsizlik məsələləri üzrə vitse-prezident olmasıdır.

Milli Təhlükəsizlik Bürosu 2012-ci il hadisəsindən sonra yaradılıb və dinc nümayişlərdən sonra silahlı üsyana çevrilmiş prosesdə çoxsaylı təhlükəsizlik xidmətlərini koordinasiya etmək və nəzarət funksiyası daşıyıb.

Məmlük rejimin ən görkəmli sünni-türkmən fiqurlarından biridir. Son təyinatdan sonra o, Suriyadakı ən güclü sünni səlahiyyətlidir. Milli Təhlükəsizlik Bürosunun rəhbəri kimi keçmiş mövqeyi prezident Əsədə yaxın sünni general Dib Zeytuna verilib.

KİV-lər tərəfindən qeyd olunan başqa bir əhəmiyyətli dəyişiklik “böhran hücrəsi”nin keçmiş rəhbəri Əli Türkmaninin oğlu ilə bağlıdır. O, Əsəd və general Məmlüklə rəsmi missiyalarda bir neçə dəfə xaricdə olub.

 

İran-Rusiya rəqabəti?

Dəyişiklik xəbərləri və onun təhlili ərəb və beynəlxalq mətbuatda manşetlərə çıxıb. Bəzi media platformaları prosesi Suriya hərbi və təhlükəsizlik orqanlarının nəzarətdəə Rusiya və İran arasında rəqabətin bir hissəsi kimi şərh edib.

Rusiyanın “Kommersant” qəzeti bu institusional yenidənqurma və İsraildə, iyunun 2-də keçirilən üçtərəfli təhlükəsizlik konfransı ilə paralellər aparıb. Qəzetin yazdığına əsasən, general Cəmil Həsənin işdən çıxarılması ötən ilin iyun ayında Qunaytra (İsrail işğalındakı Colan Təpələri) görüşündən sonra baş verib.

Görüş Suriya komandiri, Rusiya ordusunun üzvləri, (Rusiyaya yaxın olduğu iddia edilən)Suriya ordusunun 5-ci Korpusunun nümayəndələri və İsrail zabitləri arasında olub.

Dəməşq, Moskva və Tel-Əviv görüşün reallaşdığını rəsmi olaraq təsdiqləməsə də, “Kommersant”ın yazdığına görə, general Həsən “İsrail sərhədləri yaxınlığındakı iranlı əsgərləri geri çəkmək tələblərinə boyun əyməyib”.

Beyrutda yerləşən Suriya müxalifətinin insayderləri hesab edirlər ki, ruslar “Əsədin etdiyi dəyişikliklərin ən böyük benefisiarləri”dir, çünki bu, “İranın zərərinə onların təsirini artıracaq”.

 

Yeni mərhələ

“MEE”-yə müsahibə verən sabiq Livan generalı Elias Hanna Suriyadakı son dəyişiklikləri “təhlükəsizliyin siyasətən üstünlüyü dövrü” kimi səciyyələndirib. O deyib: “Suriya yeni bir mərhələyə daxil olur. Bu mərhələdə Rusiya statusunu gücləndirəcək və İranın nüfuzunu zəiflədə biləcək yeni fiqurlar ortaya çıxacaq. Suriya ordusunun yenidən quranlar əsas söz sahibi olacaqlar”.

Lakin Hanna general Məmlükün təşviqinə xüsusi diqqət yetirib. O, siyasi həll kontekstində Məmlükü mütləq şəkildə “Bəşər Əsədin potensial varisi” hesab etmir. “Prezident Əsəd mühüm oyunçu və Suriyada həm Rusiya, həm də İran üçün legitim şəxsdir”.

Livan hərbi analitiki və sabiq general Amin Hoteyt dəyişikliklərin Rusiya-İran rəqabəti çərçivəsində qavranmasını rədd edib. O, Cəmil Həsənin Rusiyanı istəyi ilə işdən qovulması iddiasını gülünc sayır. “Həsən bir ildən çoxdur ki, xəstədir, öz vəzifələrini yerinə yetirə bilmir”.

 

Gözlənilməz və müstəsna

Əslində, “qara siyahısıda” olan Həsənin sağlamlıq problemləri var. Ötən ilin fevral ayında tibbi müalicə üçün Livana səfər edib.

Almaniya hakimiyyət orqanları onun həbsinə çağırıblar. Nəticədə, onun Livanda müalicəsi baş tutmayıb.

Hoteyt əlavə edib ki, “Cəmil Həsənin müavini ilə əvəz edilməsi davamlılığın əlamətidir”.

Sabiq generalın fikrincə, yenidənqurma, xüsusilə də təhlükəsizlik məsələləri üzrə vitse-prezidentin mövqeyinin yaradılması Əsədin təhlükəsizlik orqanlarını “daha böyük mərkəzləşdirmə və daha yaxşı koordinasiya” istiqamətində dəyişdirmək arzusunun göstəricisidir.

“Təhlükəsizlik xidmətlərinə Əli Məmlük nəzarət edəcək. Bu, prezident Əsədə siyasi məsələlərə və ölkənin yenidən qurulmasına daha çox diqqət göstərməsinə imkan verəcək”, – Hoteyt bildirib.

Media bu addımları “gözlənilməz və müstəsna” adlandırıb, ancaq Suriya analitikləri üçün bu, təəccüblü deyil.

Birincisi, heç bir yeni fiqur qəflətən ali vəzifələrə yüksəlməyib. Bundan başqa, bu tədbirlər hər il yanvar və ya iyul aylarında prezident fərmanları ilə stimullaşdırma və təqaüdə göndərmənin Suriya modelidir.

 

Ortaq məqsədlər yoxdur

Həm ruslar, həm də iranlılar eyni düşmənə qarşı eyni müharibəni aparırlarsa da, onların ümumi məqsədləri bölüşdürməsi və eyni üsullardan istifadəsi vacib deyil. Misal üçün, onların mövqeləri İsrailə və ya Suriyadakı siyasi proseslərə görə fərqlənə bilər.

Beyrutda hər iki ölkənin diplomatları tərəfindən bu fərqlər təsdiq olunub. Onların fikrincə, Rusiya prezident Əsədin siyasi güzəştə getməsini istəsə də, iranlılar onu eyni vəziyyətdə qalmağa təşviq edirlər.

Bundan başqa, Rusiya Suriya hərbi birləşmələri içərisində olan xüsusi birliklərlə, daha doğrusu, general Süheyl əl-Həsənin “Pələng” qüvvələri və 5-ci Korpusla işləməyə üstünlük verir.

Digər tərəfdən, iranlılar prezidentin qardaşı general Mahir Əsədin əmrindəki Respublika Qvardiyasının 4-cü elit diviziyası ilə əla əlaqələrə malikdirlər.

Bəzi məlumatlara görə, iki ölkənin Suriya təhlükəsizlik orqanlarının və ya hərbi birliklərin yüksək səviyyələrinə öz namizədlərini qoymağa cəhd edir.

Tərcümə: Strateq.az


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam