Redaktor seçimi
Məhəmməd Musayev Saleh Məmmədovu necə aldadır? -
Gəncə Dövlət Universitetində baş verənlər şok edir...  Rektor Yusif Yusibovun adı ağır cinayət iddialarında: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi media təşkilatı adı ilə “piy” əridir - 
QHT-lərə Dövlət Agentliyindən Nazirlər Kabinetinə sayqısızlıq -
“Zulu Shipping” dosyesində adı keçən İsmayıl Qasımov kimdir? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi ifşa olunur: reklam təşkilatının nikah layihəsinə dəstək -
Qobu Bələdiyyəsinin sədrinin saxta imzası üzə çıxdı:
 Eyni QHT-lər, eyni layihələr: dövlət düdcəsi harada itir? -
Günün xəbəri

Bu ərəb ölkələri Türkiyəyə qarşı İrəvanla birləşir

Bu ərəb ölkələri Türkiyəyə qarşı İrəvanla birləşir

KİV-i Rus hərbi ekspert, şərqşünas və politoloq İqor Pankratenko ilə müsahibəni təqdim edir.

 

Yenixeber.org:  - Ermənistan Baş naziri Nikol Paşinyan, Prezident Armen Sərkisyan və Müdafiə naziri David Tonoyanın BƏƏ müdafiə naziri ilə danışıqları zamanı iki ölkə arasındakı əməkdaşlığın gücləndirilməsi qərara alındı. Məlumdur ki, Ankara ilə bəzi ərəb ölkələri arasında problem var. Gələcəkdə Türkiyəyə qarşı bir savaşa Ermənistanın da cəlb edilməsi mümkündürmü?

- Bir sıra ərəb dövlətləri - Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Misir, Suriya ilə yanaşı, Qətər, Sudan kimi ölkələrin də Türkiyə ilə problemləri var. Təbii ki, Ermənistanı antitürk koalisiyasına cəlb etmək istəyirlər.

- Söhbət yəqin ki, hərbi güc olaraq müttəfiqlikdən getmir.

- Əlbəttə. Ermənistan hərbi güc olaraq onların nəyinə lazımdır? Onlar yalnız Ankara, Vaşinqton və xüsusilə Fransadakı erməni lobbisinin böyük imkanlarından istifadə etmək üçün İrəvanı yaxına buraxırlar.

- Erməni lobbisi onlara hansı istiqamətlərdə kömək edə bilər?

- Birincisi, Avropa Birliyinin və ABŞ-ın siyasi quruluşunda antitürk qarşıdurmalarının təşviqi əsas vəzifədir. Üstəlik, ərəb monarxiyaları və Misir bunun qarşılığında erməni lobbisinə yaxşı pul verməyə hazırdır.

- Rəsmi Ankara buna necə müqavimət göstərə bilər?

- Rəsmi Ankaranın bunun əleyhinə çıxma şansları məhduddur. Ancaq türklər dəfələrlə rəqiblərinə informasiya və lobbi meydanında qalib gələ bildiklərini sübuta yetiriblər. Ümid edək ki, bu dəfə də belə olacaq.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam