Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Bu ölkənin əmiri Misirdəki kritik sammitdən imtina etdi

 

Qətər əmiri Təmim bin Həməd əs-Sani Avropa Birliyi və Ərəb Ölkələri Liqası arasında Misirdə baş tutacaq sammitə qatılmayacaq.

Yenixeber.org: Bu məlumatı “RİA Novosti” agentliyi özünün Qətər Xarici İşlər Nazirliyindəki mənbələrinə istinadən yayıb. Məlumata görə, əl Sani görüşə Qahirənin beynəlxalq protokol qaydalarını pozması ucbatından qatılmayacaq:

“Qətər Ərəb Ölkələri Liqası-Avropa Birliyi sammitinə dəvət əldə edib. Misir hakimiyyəti dəvətdən öz məqsədlərinə çatmaq üçün istifadə etməsindən təəccüblənmirik. Misirin dəvətində yer alan dil və format beynəlxalq protokolu pozur”.

Agentlik digər ərəb ölkələrindən fərqli olaraq Qətərə göndərilən dəvətin ölkə əmirinin adına ünvanlanmadığını bildirib. Üstəlik, dəvət Qətərin Ərəb Ölkələri Liqasındakı Daimi Nümayəndəliyi yerinə Qətərin Yunanıstandakı Səfirliyinə göndərilib.

Qeyd edək ki, AB-Ərəb Ölkələri Liqası konfransı fevralın 24-də start götürəcək və Şarm əş Şeyx şəhərində keçiriləcək.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam