Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

“MOSSAD”ın ərəb kəşfiyyatçıları ilə gizli görüşü - Yeni hədəf Türkiyədir

 

“MOSSAD”ın ərəb kəşfiyyatçıları ilə gizli görüşü - Yeni hədəf Türkiyədir
İsrail kəşfiyyatı “Mossad”ın rəhbəri Yosi Koen Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Misir nümayəndələri ilə gizli görüş keçirərək Türkiyənin regionda artan nüfuz və təsirinin qarşısının alınması yollarını müzakirə edib.
 Yenixeber.org: Bu barədə “Middle East Eye” etibarlı mənbəsinə istinadən bildirib. Qeyd olunur ki, “Mossad” rəhbərinin dəvətilə ötən ay təşkil edilən görüşdə Səudiyyə, BƏƏ, Misir və İsrail Yaxın Şərqdə Türkiyə və İranın təsirinin azaldılması naminə Suriya prezidenti Bəşər Əsədin mövqeyinin gücləndirilməsi və Suriyanın yenidən Ərəb Dövlətləri Liqasına qaytarılması istiqamətində birgə işləmək qərarına gəliblər. 

Belə bir təşəbbüsün dəstəkləndiyi həmin görüşdə Yosi Koen ilə yanaşı, 4 ölkənin kəşfiyyat strukturlarının yüksək səviyyəli nümayəndələri və dövlət rəsmiləri də iştirak ediblər. Gizli görüş zamanı qərara gəlinib ki, bundan sonra Səudiyyə, BƏƏ, Misir və İsrail regionda İranı yox, Türkiyəni əsas hərbi rəqibləri hesab edəcəklər. 

“Mossad”ın rəhbəri bildirib: “İranla müqayisədə Türkiyənin hərbi potensialı və imkanları daha böyükdür. İrandakı hakimiyyəti kövrəkdir. Əsl təhlükə Türkiyədən gəlir” 

Gizli görüşdə Türkiyənin zəiflədilməsi ilə bağlı tərəflər arasında ortaq razılaşma əldə olunub. Qərara gəlinib ki, İraqdakı son parlament seçkiləri nəticəsində sünni deputatlardan ibarət ən böyük siyasi blok olan “Milli mehvər alyansı” vasitəsilə Türkiyənin İraqda öz təsirini möhkəmləndirməsinə hər vəchlə mane olunsun, Suriya prezidenti Bəşər Əsədin Səudiyyə, BƏƏ və Misirlə diplomatik əlaqələri tam bərpa etməsinə yardım edilsin və ən başlıcası, YPG və PYD terrorçularının Türkiyə sərhədlərindən uzaqlaşdırılmasına dair Ankaranın planlarını pozmaq üçün Suriyadakı silahlı kürd birləşmələrinə dəstək verilsin. 

Dörd ölkənin kəşfiyyat orqanları nümayəndələrinin yüksək səviyyəli gizli görüşündə, həmçinin, Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsulluğunda səudiyyəli müxalif jurnalist, vəliəhd şahzadə Məhəmməd bin Salmanın apardığı daxili və xarici siyasətin qatı tənqidçisi olan Camal Kaşoqinin qətlindən sonra Vaşinqtonla Ər-Riyadın münasibətlərində yaranan soyuqluq da müzakirə edilib. 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam