Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Çin, Türkiyə, Hindistan ABŞ-a qarşı:dünya neft bazarı təlatüm içində...

 

“Brent” markalı neftin bir bareli 74 dollara qalxdı; Ağ Evin bəyanatından sonra ABŞ-da neftin qiyməti 3 faiz artıb

Yenixeber.org: Dünən BBC-yə istinadən xəbər vermişdik ki, Ağ Ev Çin, Hindistan, Yaponiya, Cənubi Koreya, Türkiyə, Yunanıstan, İtaliya və Tayvana mayın ikisinə qədər vaxt verib. Həmin ölkələr İrandan xam neft idxalını qeyd olunan tarixdən sonra dayandırmalıdır. Neftə olan ehtiyaclarını ödəmək üçün alternativ yollar tapmalıdır. Bu ölkələr İrandan bundan sonra neft ala bilməzlər. Çünki ABŞ İrana iqtisadi sanksiyalar tətbiq edib.

Artıq Yunanıstan, İtaliya və Tayvan İrandan neft almır. Çin, Hindistan, Yaponiya, Cənubi Koreya və Türkiyə İrandan neft almaqda davam etsə, Amerika həmin ölkələrə də iqtisadi sanksiyalar tətbiq edə bilər. Bu isə arzu olunan deyil.

CNN bu məsələ ilə bağlı geniş təhlil yazısı hazırlayıb. Həmin yazıda olan önəmli məqamları diqqətinizə çatdırırıq. Qeyd olunur ki, mayın ikisinə bir şey qalmayıb. Ona görə də Donald Trampın administrasiyası bazar ertəsi İrandan neft alan ölkələrə bir daha rəsmi qaydada xatırladır ki, vaxt tamam olduqdan sonra müvafiq addımlar atılacaq.

Yəni, ABŞ-ın tətbiq edə biləcəyi sanksiyalara hazır olun. Bu məsələdə bir çox ölkələrin maraqları üz-üzə gəlir, bu isə dünya səviyyəsində siyasi və iqtisadi gərginliyin artmasına səbəb ola bilər. Hələ orası da var ki, neft bazarından İranın süni şəkildə sıxışdırılıb çıxarılması dünya bazarında neftin qiymətinin qalxmasına səbəb olacaq.

CNN bildirir ki, ABŞ-ın bu qərarına qarşı çıxan ən böyük ölkə Çindir. Çin iqtisadi baxımdan ABŞ-dan sonra dünyanın ikinci ölkəsidir.

Çin Xarici İşlər Nazirliyinin mətbuat katibi Qenq Şuanq bazar ertəsi verdiyi açıqlamada bu məsələyə də toxunub. Amerikanın İrana tətbiq etdiyi sanksiyaya qarşı olduqlarını dilə gətirib: “Bizim İranla əməkdaşlığımız şəffafdır, qanunidir, legitim xarakter daşıyır. Bunlara (Amerika tərəfi) ehtiram göstərilsə yaxşı olar”.

Sözügedən sanksiyadan məmnun olmayan ölkələr arasında Türkiyə ikinci sırada yer alır. Türkiyə Respublikasının xarici işlər naziri Mevlüt Çavuşoğlu “Twitter” üzərindən yaydığı bəyanatda deyir: “Türkiyə birtərəfli qaydada tətbiq olunan sanksiyaları rədd edir, qonşumuzla necə əlaqə saxlamalıyq, bunu özümüz daha yaxşı bilirik”.

Mütəxəssislər əmindir ki, Çin və Türkiyə üçün İran neftindən imtina etmək xüsusilə çətin olacaq. Özü də bunun qısa zaman kəsiyində həyata keçirilməsi mümkünsüz görünür. Bu məqamı Neft Qiymətləri üzrə İnformasiya Xidmətinin rəhbəri, enerji eksperti Tom Kloza da xüsusi vurğulayır. Və işarə edir ki, böyük ehtimalla ABŞ bəzi ölkələrə İrandan nefti almaq üçün bir qədər də vaxt verə bilər...

ABŞ-ın dövlət katibi Mayk Pompeo isə bəyan edib ki, mayın ikisindən sonra İrandan xam neft alan ölkələrin vəziyyəti heç də yaxşı olmayacaq: “Biz birmənalı şəkildə bəyan etmişik, hansı dövlət sanksiyalara boyun əyməyəcəksə, özü sanksiyalarla üzləşəcək”.

“Tortoise” şirkətinin enerji üzrə mütəxəssisi Matt Sallee deyir: “Biz bunu çox müzakirə etdik, Çin İran neftinin idxalını dayandıracaq, yoxsa yox. Çinin İran neftindən tamamilə imtina etməsi bizə mümkünsüz göründü”.

İrandan neft alan ölkələr arasında Hindistanın xüsusi çəkisi var. Bu ölkə Ağ Evin sanksiyalarla bağlı xatırlatmasına rəsmi cavab verməyib. Hindistanın neft naziri susub.

Ancaq Hindistan hökuməti belə bir bəyanat verib: “Biz birtərəfli qaydada tətbiq olunmuş sanksiyaları tanımırıq. Biz yalnız BMT-nin tətbiq etdiyi sanksiyalarla razılaşırıq”.

Hindistan Səudiyyə Ərəbistanı və İraqdan sonra ən çox nefti İrandan alır.

ABŞ sanksiya söhbətini yenilədikdən sonra neftin qiyməti 65 dollara qalxıb. Hətta xüsusi “Brent” markalı neftin bir barelinin 74 dollara satılması da qeydə alınıb. ABŞ-ın özündə isə sözügedən bəyanatdan sonra neftin qiyməti 3 faiz artıb.

CNN yazır ki, Venesuela və Liviya neftinin satışı ilə də bağlı ciddi problem mövcuddur. Hər iki ölkədə qeyri-stabil vəziyyət yaranıb. “S&P Global Platts” firmasının enerji üzrə araşdırmaçısı Shin Kim deyir ki, baş verən proseslər sonda neftin qiymətinin qalxmasına səbəb olacaq...(müsavat)

Elbəyi Həsənli


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam