Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

“Mirşahinin müxalifətçiləri linç etmə çağırışı özfəaliyyət deyil”

 

 

Digər qism isə prosesləri yenidən gərginlik müstəvisinə transfer etməyə çalışır. Prezidentin əfv fərmanı ilə həbsdən çıxan Bayram Məmmədovu yenidən 30 sutkalıq həbsə məruz qoyur, Qiyas İbrahimi prokurorluğa çağırır və müxtəlif  təzyiq metodlarından istifadə edir. Bunun ardınca son günlərdə müşahidə etdiyimiz hadisələr baş verir”.

Bunu saytımıza açıqlamasında siyasi şərhçi Azər Rəşidoğlu ölkədə baş verən son prosesləri analiz edərkən deyib. O qeyd edib ki, hazırda ölkəni ağır qarşıdurmaya sürükləmək istəyənlər var:

Müxalifətçinin toyunun yasaqlanması aydın məsələdir ki, ictimai rəydə birbaşa prezidentə qarşı yönələcək. Digər tərəfdən Mirşahin vasitəsilə müxalifətçiləri linç etməyə çağırış özfəaliyyət deyil. Bunlar məhz mümkün islahatlar nəticəsində öz karyeralarını bitirməli olacaq köhnə qvardiyanın işidir. Cəmiyyətdəki yumşalma həmin köhnə qvardiyaya, nomenklaturaya siyasi baxımdan yaşamaq şansı vermir. Onlar sabotaja əl atırlar. 

Burada ən diqqət olunası məqam ondadır ki, Azərbaycan Avropa İttifaqı ilə danışıqlar aparır. Yəni şərq tərəfdaşlığı ilə bağlı sazişə imza atmaq təqdim olunan formada mümkün olmadı və Azərbaycan bundan imtina etdi. İndi Avropa İttifaqı ilə tərəfdaşlıq sazişi istər-istəməz, orda hansı punktun olmasından asılı olmayaraq, ölkədə insan haqlarının qorunmasıdan normal demokratik seçkinin keçirilməsinə gətirib çıxaracaqdı. İlham Əliyevin son addımları Avroatlantik məkana inteqrasiya xəttinin seçildiyini açıq şəkildə biruzə verir. Yəni İlham Əliyev qərb təchizatları ilə əməkdaşlıqda maraqlıdır. Avropa İttifaqı ilə sazişin imzalanması NATO və Avroatlantik məkana inteqrasiya təbii ki, Rusiya və İranın maraqlarına ziddir. 

Bu baxımdan Rusiyanın burda təsir agenturasının əli ilə ölkəni gərginlikdə saxlamaq və İlham Əliyevi bu addımları atmaqdan çəkindirmək istəyirlər.  Bəzi deputatların son çıxışlarına fikir verin - İlham Əliyev əgər islahatları davam etdirəcəksə, Qərb burda inqilab edəcək. İlk baxışdan məntiqsiz, təzadlı nonsensdir. Qərb islahatlar tələb edirsə, o islahatları həyata keçirən prezidenti niyə devirmək istəsin? Birmənalı şəkildə Rusiya agenturasının dili ilə İlham Əliyevə də, Qərbə anlatmaq istəyirlər ki, yumşalma, islahatlar davam edəcəksə, Rusiya burada hansısa formada hakimiyyəti devirmək istəyəcək. Rusiya açıq kartla oynayır və onun xəfiyyə şəbəkəsi Qərb adı ilə əslində Rusiyanın şantaj və hədələrini çatdırırlar”.

A.Rəşidoğlunun sözlərinə görə,  İlham Əliyevin və ümumiyyətlə siyasi elitanın qarşısında iki yol qalıb:

“Cəmiyyətlə birbaşa dialoqa getmək. İlham Əliyev son aylar bu addımları atdı və çox uğurlu alındı. Birbaşa vətəndaşlarla təmasda oldu, şikayətlərinə cavab verdi, Xalq artisti Rasim Balayevə şəxsən telefon zəngi etdi. Bütün bunlar cəmiyyət tərəfindən müsbət qarşılandı. 

Həmin zaman obyektiv sosial sorğu keçirilsəydi, İlham Əliyevin reytinqinin yüksək olduğunu göstərərdi. İlham Əliyevin qarşısında iki yol qalır. Ya o komandasını dəyişir, islahatçı təfəkkürlü, işləmək qabiliyyəti olan gənclərdən ibarət yeni komanda formalaşır. Ya da köhnə, rüşvətxor, korrupsiyaya bulaşmış və daha çox Rusiyadan asılı olan komanda onu dəyişir. Güman edirəm ki, gərginliyin azaldılması fonunda cəmiyyətlə dialoqa, ictimai legitimliyi olanlarla – tutaq ki, Saray nənə ilə görüş təqdirolunan haldır, ancaq o, ictimai legitimliyi olan insan deyil – QHT sektoru, vətəndaş cəmiyyəti, siyasi müxalifətlə İlham Əliyevin birbaşa danışıqlara getməsi qaçınılmazdır. Həmin dialoqa artıq yükə çevrilmiş YAP, köhnə nomenklatura, əlbəttə,  Rusiya imkan vermir. Bu gün İlham Əliyevi hədələyirlər ki, əgər islahatlara davam etsən, siyasi məhbusları buraxsan, vətəndaş cəmiyyətinə azadlıq versən, son nəticədə onlar qalxıb səni devirəcəklər. Əslində bu, yanlış məlumatdır. İlham Əliyev əgər bu islahatları davam etdirsə, Qarabağ məsələsində dəstək qazansa, o tarixə Qarabağı qaytara biləcək və islahatçı lider kimi düşəcək”.

A.Rəşidoğlu qeyd edilən komandanın dəyişilməli olduğunun vacibliyini vurğulayıb:

“Bir daha altını cızaraq vurğulayıram ki, həmin komandada üzdə onlanların imici korrupsioner, rüşvətxor, islahatlara maraqlı olmayan konservatordır, onların böyük əksəriyyəti Rusiya tərəfindən idarə olunur. İlham Əliyev bu gün İranla sərhədə, Dağlıq Qarabağın işğal olunmuş ərazilərinə sülhməramlılar adı altında Rusiya qoşunlarını buraxmaq istəmir. Çünki bilir ki, Rusiya qoşunu girdisə, tərk etməyəcək və  bu, işğaldır.  O, müstəqilliyin qorunmasında maraqlı bir siyasi lider kimi çıxış edir. Komandası isə ölkəni, Qarabağı satmağa, müxalifəti məhv etməyə maraqlı olduğunu nümayiş etdirir. Sadəcə zənnimcə, vaxt çatışmazlığı vəziyyəti yarana bilər. Bu baxımdan həmin o islahatlara, yumşalma siyasətinə mane olan məmurların vəzifəsindən kənarlaşdırılması, böyük mənada sabotajda iştirak edən, korrupsiyaya bulaşmış bəzi məmurların həbs olunması qaçınılmazdır. Əgər İlham Əliyev bunları edəcəksə, güman edirəm ki, onun reytinqi qalxacaq və cəmiyyət demokratikləşməyə doğru gedəcək, yeni vətəndaş cəmiyyəti institutları , müxalifət formalaşacaq. Bütün bunlar Azərbaycanın inkişafı üçün zəruri olan addımlardır”.(yenisabah)

Günay Rəsulqızı


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam