Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

“Bu Fərman yüzlərlə insanların problemini həll etmək imkanı verir”

"Cənab Prezidentin problemli kreditlərin həllinə yönələn Fərmanı çox önəmli addımdır"

Yenixeber.org: Bunu millət vəkili Qənirə Paşayeva AzNews.az-a açıqlamasında bildirib.

Xanım millət vəkili qeyd edib ki, bu Fərman yüzlərlə insanların problemini köklü şəkildə həll etmək imkanı verir:

"Vətəndaşların problemli kreditləri ilə bağlı məsələni Milli Məclisdə qaldıran bir millət vəkili olaraq cənab Prezidentin vətəndaşların problemli kreditləri probleminin həll edilməsi ile bağlı tapşırıqlar verəcəyinə inanırdım.

Demək olar ki hər ay vətəndaşlardan problemli kreditlərlə bağlı məktublar alırdıq, onlarla görüşlərdə bununla bağlı müraciətlər olurdu və mənə müraciət edən vətəndaşlar hər zaman cənab Prezidentin onların bu problemini həll edəcəyinə inandıqlarını bildirirdilər. Cənab Prezidentin problemli kreditlərin həllinə yönələn Fərmanı çox önəmli addımdır və bu Fərmana görə özümün və seçicilərimin adından cənab Prezidentə təşəkkürümü bildirirəm.

Cənab Prezidentin fiziki şəxslərin problemli kreditləri ilə bağlı əlavə tədbirlər haqqında Fərmanı yüzlərlə insanların problemini köklü şəkildə həll etmək imkanı verməklə yanaşı, onların sosial vəziyyətinə də müsbət təsir edən çox mühüm bir addımdır".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam