Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Aygün Əliyevanın Prezidentin sabiq mətbuat katibinə “dostluq sədaqəti” –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində Şeyx Nəsrullah ruhu:
Yusif Yusibovu Ramiz Mehdiyevlə nə bağlayır(?)! –
    QHT-lərə Dövlət Dəstəyi Agentliyindən növbəti saxtakarlıq – 
Günün xəbəri

Gizli Qarabağ danışıqları:Moskvanın yeni təklifi...

 

Dağlıq Qarabağ məsələsinin həlli ətrafında tamamilə yeni bir vəziyyət yaranıb.

Bu sözləri politoloq İlqar Vəlizadə deyib. Ekspert bunu son aylar danışıqlar prosesi ilə bağlı yaranmış nikbinliklə əlaqələndirib:

“Düzdür, hələ detallar tam məlum deyil, ancaq danışıqlar prosesindəki nikbinlik birbaşa konkret mövzuların müzakirəsi ilə bağlıdır. Hələ ki, bu məsələlərin müzakirəsi gizli şəkildə aparılır. Söhbət əlbəttə ki, ilkin mərhələdə Azərbaycan torpaqlarının boşaldılmasından və qaçqınların qayıtmasından gedir. Çox güman ki, Ermənistan tərəfi danışıqlarda Dağlıq Qarabağ nümayəndələrinin də iştirakını irəli sürür. Bakı İrəvanın ideyasına Azərbaycan icmasının da danışıqlar prosesində iştirakı qarşılığında razılıq verə bilər. Əslində, bu tamamilə yeni bir vəziyyətdir. Çünki Ermənistan tərəfi illərlə icmalararası dialoqun əleyhinə çıxıb. Görünür, İrəvan artıq bu ideyanı dəstəkləyir”.

Ekspert Rusiyanın hələ ki, bu məsələyə konkret münasibət göstərəcəyini düşünmür:

“Moskva-İrəvan dialoqu demək olar ki, bərbad vəziyyətdədir. Rusiya daha çox bu dialoqu normal vəziyyətə qaytarmağa çalışacaq. Yalnız bundan sonra Dağlıq Qarabağ məsələsi Rusiya-Ermənistan dialoqunda prioritet olacaq. Əks təqdirdə Rusiyadan problemin həllinə dair yeni təkliflər gözləmək çətin olacaq. Bütün hallarda əsas situasiya yanvarda Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşündən sonra bəlli olacaq. Məhz bu görüş Rusiyanın nə dərəcədə fəal olacağını ortaya qoyacaq”.(axar.az)

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam