TÜRKİYƏ PARLAMENTİNDƏ XƏYANƏT ALYANSI:Atatürkün “davamçıları” PKK-nın siyasi qanadıyla S-400-ə qarşı birləşdi
Güneş (Türkiyə), 19.12.2018
Türkiyənin müdafiə sənayesi sahəsində nəhəng yarğısı Cümhuriyyət Xalq Partiyası, İyi Partiya və Türkiyə xalqlarının Demokratik Partiyasını təşvişə salıb.
Yenixeber.org: Məlum olub ki, ölkəni müdafiəsiz qoymaq istəyən bu üç partiya Rusiyadan S-400 alqısına mane olmaq qəsdilə parlamentdə alyansda birləşib.
Tükiyə Ədalət və İnkişaf Partiyası və prezident Rəcəb Tayib Ərdoğanın başçılığı altında müdafiə sənayesi sahəsində son dərəcə önəmli sıçrayışlar edib. Ard-arda həyata keçirilən layihələr sayəsində bu sahədə xarici dövlətlərdən asılılıq cüziləşdirilib. Ölkənin imkanlarından yararlanmaqla hazırlanmış silahlar terrorçu təşkilatlar üçün dəhşətə çevrilib. Qısa müddətdə yatırımlardan fayda təmin olunub. Kürdüstan Fəhlə Partiyasının (PKK) terrorçuları indi dağlardadır və addım da ata bilmirlər.
Sazişin pozulması üçün plan
Türkiyə Rusiyadan S-400 almaqla havadan mümkün həmləyə qarşı müdafiəni dəfələrlə gücləndirər. Rəsmi Ankaranın bu gedişi, hər şeydən qabaq, Birləşmiş Ştatlar, habelə İsrail və Yunanıstanda təşviş doğurub. Bu sistemlərin alınması üçün bu ölkələrin mümkün bütün üsullara əl atdığı bir vaxtda məlum olub ki, Türkiyənin müxalif partiyaları da Türkiyə Böyük Millət Məclisində əl-ələ verib ki, sözügedən ölkələrə əl tutsunlar. Cümhuriyyət Xalq partiyası (CXP), İyi Partiya (İP) və Xalqların Demokratik Partiyasının (XDP), yəni PKK terror təşkilatının siyasi uzantısının Rusiya ilə bağlanmış sazişi pozmaq məqsədilə birləşdiyi gizli alyans üzə çıxıb.
Gərgərlioğlu boynuna aldı
XDP üzvü və PKK bazalarının yerləşdiyi Qəndilin inanılmış adamı Ömər Faruk Gərgərlioğlu bütün bunlardan açıq danışıb. Gərgərlioğlunun sözlərinə görə, Türkiyə üçün həyatönəmli dəyərə malik olan hava hücumundan müdafiə sisteminin alqısından imtina edilsə, onda ölkədə vaxtından qabaq pensiyaya çıxmaq mümkün olacaq, buna görə də partiyalar öz güclərini birləşdirib ki, S-400 üzrə sazişin ləğvinə nail olsun. Gərgərlioğlu qeyd edib ki, üç partiya parlamentdə S-400 alqısını gərəksiz sayaraq ona qarşı səs verəcək. Amma bu, ƏİP və Millətçi Hərəkat Partiyasının səslərini aşmaq üçün yetərli olmayacaq.
Terrorçular PUA-nın qorxusundan yuvadan çıxa bilmirlər
Ankaranın müdafiə sənayesi sahəsində atdığı ən önəmli adımlardann biri kimi pilotsuz uçuş aparatlarının layihəsi diqqət çəkir. Tamamilə ölkənin imkanlarıyla hazırlanmış PUA və zərbə pilotsuzları PKK-ı əsməcəyə salıb. Terrorçu təşkilata münasibətdə əməliyyatlarda çox önəmli rol oynayan pilotsuzlar terrorçuları mağara və sığınacaqların dərinliyində gizlənməyə vadar edib. Zərbə pilotsuzları PKK başçılarından birinin ləğv edilməsində işlədilib. Cincarda təşkilatın tabeçilik silsiləsində “1 nömrə” sayılan “Zəki Şəngali” ayamalı İsmayıl Özdənin avtodəstəsi F-16-dan atəşə tutulub, onu yaralı aparan avtomobili isə zərbə pilotsuzu məhv edib.
Biri o birindən heç yaxşı deyil
İstanbuldan CXP millət vəkili, hər bir imkanda PKK terrorçularının vəkili rolunu üzərinə götürən Sezgin Tanrıkulu müdafiə sənayesi sahəsində Türkiyənin sıçrayışı olan pilotsuzlara qarşı savaş elan edib. Tanrıkulu “pilotsuzların mülki əhaliyə zərbə vurduğunu” iddia edərək Həkkəri bölgəsində terrorçuları neytrallaşdıran Türkiyə SQ-ə böhtan atıb. Bütün ictimaiyyətin narazılığı Tanrıkulunun üzərinə yağandan sonra CXP lideri Kılıçdaroğlu partiyadaşını müdafiə etməyə çalışıb və bu iyrənc yalanı dəstəkləyib. İP lideri Maral Akşənər isə bildirib: ““S-400” prezident sarayını qorumaq üçün alınır”.
CXP, XDP və İP təmsilçiləri öz açıqlamalarilə Türkiyə SQ-ə də, ölkənin müdafiə gücünə də əl uzadırlar.
Önləməni gücləndirəcək
S-400 Türkiyənin bölgədəki durumunu bərkidəcək. Bir vaxtda 80-ədək hədəfi məhv etməyi bacaran və dünyada işlədilən ən yaxşı sistem sayılan S-400 Türkiyənin tələbatını xeyli dərəcədə təmin edəcək, önləməni gücləndircək. Yarılmaz hava qalxanına tamamilə Türkiyə SQ nəzarət edəcək. S-400 sisteminin komanda mərkəzi eyni zamanda altı batareyanı yönəldə bilər və hər bir batareyanın 12 raketə komanda verən 96 L6 radarı var. Bu radarlar gözəçaprmaz hədəfləri aşkarlamağı və izləməyi bacarır.Tərcümə Strateq.az-ındır.