Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

Fransa ATƏT-in Minsk Qrupunun həmsədrliyindən çıxarılmalıdır

 

Fransa ATƏT-in Minsk Qrupunun həmsədrliyindən çıxarılmalıdır
Fransa ənənəvi olaraq ermənipərəst siyasət yürüdür. Bunu təsdiq edən bir neçə faktı qeyd etmək olar. Məsələn, Fransa prezidenti Emmanuel Makron Frankafoniya sammitində iştirak üçün oktyabr ayında Ermənistana üç günlük səfər etdi. Lakin o, tarazlığı qorumaq üçün Azərbaycana gəlmədi. Bu, özlüyündə ATƏT-in Minsk Qrupunun həmsədr ölkəsi olan Fransanın Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində ikili standart sərgiləməsindən xəbər verir.
Yenixeber.org: Makrondan fərqli olaraq, Rusiya rəhbərliyi həssaslığı nəzərə alaraq, tarazlı münasibəti təmin edir. Həmçinin, bu günlərdə regiona səfər edən ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton da tarazlı münasibət nümayiş etdirdi və münaqişənin həlli ilə əlaqədar obyektiv və ədalətli açıqlamalarla çıxış etdi.

Doğrudur, Fransanın ermənipərəst mövqeyi heç kimə sirr deyil. Dəfələrlə rəsmi Paris işğalçı ölkədən yana olduqlarını nümayiş etdirib. Bunu sübut edən digər bir fakta nəzər sala bilərik. Bu yaxınlarda Fransanın şəhərlərinin merləri Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfərlər edərək işğal altında olan şəhərlərimizlə Fransanın şəhərləri arasında “qardaşlaşma” sazişləri imzalayıblar. Fransa hökuməti tərəfindən bunun qarşısının alınması üçün heç bir tədbir görülmür. 10-dan artıq Fransa şəhəri bu kimi qanunsuz və ilk növbədə Fransa qanunlarını pozan sənədə imza atıb. 

Bu da son deyil. Qondarma rejimin rəhbəri kimi özünü təqdim edən Bako Saakyan davamlı olaraq Fransaya səfər edir. Fransa hökuməti tərəfindən bu kimi qanunsuz səfərlərin qarşısı alınmır. Əksinə Paris işğalçıya qucaq açır. 

Nədənsə, Azərbaycana münasibətdə isə vəziyyət tamamilə fərqlidir. Azərbaycan vətəndaşları Fransa səfirliyində viza almaq üçün süründürməçilik və bürokratik problemlərlə üzləşdiyi halda, saxta pasport məlumatları ilə Bako Saakyan və digərləri Fransa ərazisinə asanlıqla daxil olurlar. Qanuni əsaslarla Fransaya səfər edən Azərbaycan vətəndaşları Fransanın sərhəd-keçid məntəqələrində əsassız sorğu-suallarla qarşılaşırlar.

Bütün bunları nəzərə aldıqda Fransa XİN və Fransanın Azərbaycandakı səfirinin “Fransa Dağlıq Qarabağ Respublikası”nı tanımır deyə bəyanatı tamamilə qəbuledilməzdir və məsuliyyətdən qaçmaqdan başqa bir şey deyil. Fransa açıq və birmənalı şəkildə Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü, suverenliyini və münaqişənin də bu prinsiplər əsasında həllini dəstəkləməlidir.

Daha bir maraqlı məqamı diqqətə çatdıraq. Fransa açıq-aşkar ikili standartlara əsaslanan siyasət yürüdür. Baxmayaraq ki, Cənubi Osetiya, Abxaziya, Transdnestria və Krımdan olan şəxslərin Fransanın ərazisinə daxil olmasına icazə verilmir. Yeni Koledoniyada keçirilmiş referendumdan sonra Fransa prezidenti çıxış edərək müstəmləkə ərazisi olan Kaledoniyanın Fransanın tərkibində qalmasına görə fəxr etdiyini bildirdiyi, Fransa hökuməti Korsikada separatizmə qarşı sərt və kəskin siyasət apardığı halda, Azərbaycanın ərazi bütövlüyünün pozulmasına xidmət edən hallara göz yumur.

Onu da vurğulayaq ki, Fransa Avropa İttifaqı daxilində aparılan müzakirələrdə Aİ-nin Azərbaycan ilə əlaqələrinin inkişafına maneə yaradır. Fransanın qərəzli və qeyri-obyektiv tərəf olduğunu nəzərə alsaq, bu ölkə Minsk Qrupunun həmsədrliyindən çıxarılmalıdır. ATƏT-in Minsk Qrupunun həmsədrlik institutu yaradılan zaman Azərbaycan qəti şəkildə Fransanın həmsədr olmasına etiraz edirdi. O zaman Fransa qərəzsiz və tarazlı siyasət yürüdəcəyinə öhdəlik götürmüşdü. Hazırda Fransa götürdüyü öhdəliyi nəinki yerinə yetirmir, daha da irəli gedərək separatçılara meydan verir.

Sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli hesab edir ki, artıq Fransa kimin tərəfində olduğunu aşkaranə şəkildə göstərir. Bu, isə Minsk Qrupunun mandatına ziddir. Politoloqun sözlərinə görə, baş verən son hadisələr Fransanın Minsk Qrupunun həmsədrliyindən çıxarılmasına səbəb ola bilər.

"Fransa prezidenti özünü obyektiv aparmır. Sözün həqiq mənasında belə təəssürat yaranır ki, bu adam ya beynəlxalq hüquq qaydalarını bilmir, ya da bilirsə, Azərbaycanı saya salmır. Bu adam Frankafoniya sammitini İrəvana saldı. Özü ilə bərabər, minnətlə Kanadanın baş nazirini də gətirdi. Məqsəd Ermənistanı populyarlaşdırmaq, beynəlxalq münasibətlərdə aktiv rol oynadığını göstərmək idi. O, İrəvandan Bakıya gəlməli idi. Amma bunu etmədi. Fransanın bir sıra böyük bələdiyyələrinin nümayəndələri Azərbaycanın işğal olunmuş ərazilərinə - Dağlıq Qarabağa gəldi. Ordakı bələdiyyələrlə dostluq haqqında sənəd imzaladılar. Bu, Azərbaycanın suverenliyinə, ərazi bütövlüyünə zərbədir. Azərbaycan bu fakta qarşı xarici işlər nazirləri səviyyəsində öz etirazını bildirdi. İndi isə Makronun xəbəri olmamış deyil ki, Qarabağ separatçılarının rəhbəri Bako Saakyan Parisə səfərə gedib. Səfəri Ermənistan mətbuatı rəsmi səfər adlandırır. Halbuki tanınmamış qondarma rejimin rəhbərinin səfəri rəsmi ola bilməz. Fransanln özü də Azərbaycanın ərazi bütövlüyünü tanıyır. İşdə isə çox riyakar və saxta mövqe nümayiş etdirir. Ona görə də Saakyan kimilərinin Parisə səfərini təşkil edirlər”. 

Q.Hüseyinli bildirib ki, ATƏT-in Minsk Qrupunun həmsədri olan dövlətin proseslərə konstruktivlik gətirmək əvəzinə qızışdırıcı adddımlar atması nəinki pislənməlidir, hətta ciddi təhqiqat obyekti olmalıdır: “Azərbaycan Fransa rəhbərliyinin yola verdiyi qızışdırıcı hərəkətlərə görə BMT-yə, Avropa Şurasının özünə müraciət etməli, bu ölkənin Azərbaycanın ərazi bütövlüyünə sui-qəsd etməsini sübut etməyə çalışmalıdır. Çox xoşagəlməz, mürəkkəb vəziyyət yaranıb. Azərbaycan Fransanın bu hərəkətlərini müzakirə edir. Hesab edirəm ki, bununla kifayətlənməməli, Minsk Qrupundan uzaqlaşdırlması məsələsini gündəmə gətirməli, hətta tələb etməlidir. Onsuz bəllidir ki, uzun illər Fransa Minsk qrupunda çox destruktiv rol oynayır. Danışıqlar prosesinin səmərəli aparılmasına maneə olur. Fransanın daxil olduğu Avropa Parlamenti ərazi bütövlüyümüzü tanıyır, NATO-da ərazi bütövlüyümüzə hörmət ifadə olunub. Amma Fransanın hörmətsizlik nümunəsi olan hərəkətlərə yol verməsi hər cür tənqidə və pislənməyə layiqdir. Azərbaycan bu istiqamətdə ciddi addımlar atmalıdır”.(azvision)

Elvin Abdulqədirov 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam